Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 18:14

Bakı ilə Sumqayıt arasında yeni elektrik qatarları hərəkət edəcək


Foto arxiv
Foto arxiv

“Azərbaycan Dəmir Yolları” QSC-i 10 elektrik qatarı almaq üçün Asiya İnkişaf Bankı ilə danışıqlar aparır.

Bu barədə APA agentliyi cəmiyyətin sözçüsüNadir Əzməmmədova istinadla xəbər verir.

Onun sözlərinə görə, hazırda Bakı ilə Sumqayıt arasında böyük sərnişin axını müşahidə olunur.

Bunu azaltmaq üçün Asiya İnkişaf Bankının nümayəndələri ilə həmin yola baxış keçirilib və müəyyən olub ki, yüngül relsli nəqliyyat üçün 50 kilometrlik yol əsaslı təmir edilməlidir.

Qeyd edək ki, Bakı-Zabrat- Sumqayıt və əks istiqamətdə hərəkət edəcək elektrik qatarı gün ərzində 800-1000 sərnişini daşıya biləcək.

XS
SM
MD
LG