Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 02:51

Evi sökülən sakin: «Polis camaatı zorla evlərindən çıxarır»


Bakı. Sökülməsi nəzərdə tutulan bina (14 yanvar 2015)
Bakı. Sökülməsi nəzərdə tutulan bina (14 yanvar 2015)

-

Yanvarın 14-ü səhəri 10-cu Köndələn küçəsinin 1 və 2 saylı binalarının sakinləri belə açıb. Sakinlər deyir ki, yerli icra hakimiyyəti, polis onlardan dərhal evlərini boşaltmağı tələb ediblər. Əks halda mənzillərə gələn bütün kommunal xətlər kəsilib.

Onların yaşadıqları bina I Avropa Olimpiya Oyunlarının keçiriləcəyi stadionun ətrafının abadlaşması və Ziya Bünyadov prospektinin genişlənməsinə görə plana düşüb.

Sakinlərə mənzillərinin hər kvadrat metrinə 1020 manat kompensasiya təklif olunur. Bu vəsaitlə razılmaşmayanlarsa evlərini tərk etmək istəmir:

«Biz öz evimizi niyə tərk etməliyik ki? Bu gün səhərdən gəlib qazı, işığı kəsirlər. Mənim evim 55 kvadrat metrdir. 56 min manatla mən gedib haradan ev ala bilərəm. Ya bizə normal kopmensasiya ödənilsin, ya da biz evimizdən çıxmaq istəmirik».

Sökülməsi nəzərdə tutulan bina polislərin nəzarətindədir (14 yanvar 2015)
Sökülməsi nəzərdə tutulan bina polislərin nəzarətindədir (14 yanvar 2015)

XƏBƏRDARLIQ!

​Sakinlərdən 30 nəfəri Prezident Aparatına gedib şikayətlərini oradakılara eşitdirmək istəyiblər. Qəbulda olanlara məsələnin araşdırılacağı bildirilb.

Nərimanov rayon icra hakimiyyəti sakinlərə yanvarın 12-nə kimi vaxt vermişdi. Onlara göndərilən xəbərdarlıq məktubunda yazılır:

«Ziya Bünyadov prospektinin yenidənqurulması və yeni tikilən stadionun ətrafının abadlaşdırılması layihəsi üzrə sizin yaşadağınız binanın sökülməsi nəzərdə tutulur.

12.01.2014-cü il tarixdə səhər saat 10-dan etibarən binanın qaz, su, elektrik enerjisi ilə təminatı dayandırılacaq».

SÖKÜNTÜ BUMU DAVAM EDİR...

Human Rights Watch
Human Rights Watch

«Human Rights Watch» təşkilatı 2013-cü ildə Azərbaycanda söküntülərlə bağlı hesabatında özəlliklə kompensasiya ilə razılaşmayanlara təzyiqlərdən, sakinlərin mənzilinə gələn kommunal xətlərin – elektrik, qaz və suyun bilərəkdən kəsilməsini kəskin pisləyirdi.

Təşkilat hesabatda Azərbaycan hökumətinə üz tutaraq, Bakının mərkəzindəki kütləvi söküntüləri və sakinlərin məcburən evlərindən çıxarılmasını dərhal dayandırmağa çağırırdı.

Bu hesabat Eurovision, Dövlət Bayrağı Meydanı, Qış parkı – bir sözlə 2013-cü ilə qədər aparılan söküntü və köçürmələr üzrə hazırlanıb. Hesabatdan sonra «Ağ şəhər» layihəsinin salınacağı Qara şəhərdə, Olimpiya stadionu tikilən Böyük Şor qəsəbəsində və Sovetskidə kütləvi söküntülərə başlanıb.

H.ABUTALIBOV: EV SÖKÜLMƏYƏCƏK

Hacıbala Abutalıbov
Hacıbala Abutalıbov

Sovetskidəki söküntülərə görə vətəndaşlarla görüşə gələn baş nazirin müavini Abid Şərifov sakinlərin zorla evlərini çıxarılmasını hökumətin səhvi adlandırmışdı:

«Kimsə evindən zorla çıxarıla bilməz. Sizin imzanız olmasa kimsə sizin qapını belə döyə bilməz. Belə hallar olubsa səhv olub. Hamı səhv edir. Biz də öz səhvimizi düzətlməyə hazırıq».

Elə həmin görüşdən sonra Bakı şəhər icra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov da bənzər fikir söyləyib. Razılığı olmayan kiminsə evindən çıxarılmayacağını söyləmişdi:

«Vətəndaş yazılı müraciətimizə razı olacaqsa pulunu alıb, könüllü köçürüləcək. Kimki razı olmayacaq əmin olun bir daha təkrar edirəm həmin ev sökülməyəcək».

MÜLKİYYƏT HÜQUQU SÖZDƏ, QANUNDA VƏ REALLIQDA...

Mülkiyyət hüquqları üzrə vəkil İradə Cavadova deyir ki, bu cür hallarda hökumət bir çox hallarda söküntünün dövlət ehtiyacı üzrə keçirilməsini əsas gətirir. Amma hətta söküntü dövlət ehtiyacları üçün aparılsa da belə qanuna görə vətəndaş öz mülkindən yalnız razı olarsa çıxarıla bilər:

İradə Cavadova
İradə Cavadova

«Hətta söküntülərin dövlət ehtiyacı üzrə aparılması belə vətəndaşın mülkünün zorla əlindən alınmasına əsas vermir. Qanunda bir başa göstərilib ki, dövlət ehtiyacı üzrə şəxsi mülklər yalnız mülkiyyətçinin razılığı ilə və bazar qiymətinə uyğun olmalıdır. Üstəlik ümumi məbləğin 20 faizi qədər vətəndaşa köçürülmə üçün əlavə vəsait də ödənilməlidir».

10-cu Köndələn küçəsinin sakinləri 5 saat gözlədikdən sonra Prezident Administrasiyasından ümidsiz geri döndüklərini deyirlər. Onlara məsələnin araşdırılacağını vəd ediblər. Sakinlər deyir ki, qışda onların mənzilinə gələn kommunal xətlər kəsilibsə, bir neçə gündən də sonra söküntü başlayacaqsa hansı araşdırma olacaq? Onların xeyrinə bircə qərar ola bilər: Prezident Administrasiyası rəsmisi ilə qəbuldan sonra ödəniləcək kompensasiyanın məbləği artırılarsa.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG