Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 06:45

Yeni Pentaqon rəhbəri və ABŞ-Azərbaycan münasibətləri


ABŞ müdafiə naziriAshton Carter

ABŞ müdafiə naziriAshton Carter

-

Daily Caller saytı "Ashton Carter-in Qafqaz məsələsi: Azərbaycana Vaşinqtonda inam, möhkəmlik lazımdır" başlıqlı yazı dərc edib.

Yazıda qeyd olunur ki, Ashton Carter dünyada çalxalanma getdiyi bir vaxtda Pentaqon rəhbərliyinə gəlir.

Onun qarşısında narahat Çin ordusu, Rusiyanın Ukraynadakı əməlləri, İslam Dövləti silahlı qruplaşmasının yaratdığı təhlükə və sairə çətin məsələlər durur. Bunların arasında Cənubi Qafqazda Azərbaycan-Ermənistan Dağlıq Qarabağ münaqişəsi də var.

"Ashton Carter-in gəlişi Bakı ilə münasibətləri təmizləyə bilər. Carter əməkdaşlıq cəhdlərini qorumaqda mühüm rol oynaya bilər. Özü də elə bir vaxtda ki, rəsmilər Vaşinqtonun qarşılıqlı faydalı tərəfdaşlığa sadiqliyi məsələsinə dair suallar qaldırırlar".

"Carter-in belə bir yanaşması siyasətdən yayınma deyil, hərbi münasibətlərin möhkəmləndirilməsi haqda vədlərin yerinə yetirilməsi olur," deyə yazıda qeyd olunur.

Günün bütün mövzuları

XS
SM
MD
LG