Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 09:28

Avropa oyunlarında TV kameralar siyasi həbsləri göstərməyəcək


Azerbaijan. Baku. Logo of Euorpoean Games in Baku

Azerbaijan. Baku. Logo of Euorpoean Games in Baku

-
"Huffington Post" Amnesty İnternational hüquq müdafiə təşkilatının mətbuat katibi Naomi Westland-ın məqaləsini dərc edib.

Müəllif 6 aydan sonra Bakıda keçirilək Avropa Olimpiya oyunlarının qan, tər və göz yaşı gətirəcəyini yazır. "Ancaq düşündüyünüz yolla deyil," müəllif yazır. 2020-ci ildə Avropa Futbol Çempionatının bəzi oyunları da bu ölkədə keçiriləcək.

Kameralar Azərbaycana özünü dünyaya göstərmək imkanı verəcək. Hökumət siyasətçiləri, investorları və turistləri inandırmağa çalışacaq ki, dünya səhnəsində oyunçuya çevrilə bilər.

"Ancaq aldanmayın. Bütün bunlar arxa səhnədə baş verən pislikləri ört-basdır etmək üçündür", yazan müəllif ölkədə söz azadlığına qarşı geniş kampaniya aparıldığını, hakimiyyəti tənqid edənlərin həbs olunduğunu vurğulayır, Ərəb baharı, Ukrayna münaqişəsindən sonra bu təzyiqlərin xüsusilə artdığını qeyd edir. Yazıda araşdırmaçı jurnalist Xədicə İsmayılova, hüquq müdafiəçilərinin həbsindən danışılır.

Müəllif dünya ictimaiyyətinin Azərbaycanda insan haqları pozuntularına niyə səssiz qaldığını sual edir.

"Bu, qlobal siyasət, neft və qaz mənbələri uğrunda axtarışdır. İdman da hər şeyi yaxşı ört-basdır edir... Xarici liderlərin enerji maraqlarını güzəştə getməməsi Bakıya istədiyi silahı verir. Tənqidçilər döyüldüyü, həbsə atıldığı bir vaxtda, TV kameralar başqa şey göstərir. Azərbaycan – Odlar ölkəsidir? Bu, bəziləri üçün belədir".

Günün bütün mövzuları

XS
SM
MD
LG