Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 20:59

-

ABŞ Dövlət katibi John Kerry və İranın xarici işlər naziri Mohammad Javad Zarif yanvarın 14-də Tehranın nüvə proqramını müzakirə edəcəklər. Görüş Cenevrədə keçiriləcək. Bir neçə gün sonra elə həmin şəhərdə İranla dünyanın altı dövləti arasında danışıqların yeni raundu başlanır.

12 ildir Tehranın nüvə ambisiyaları səbəbindən danışıqlar dalana dirənib. Zarif deyib ki, Kerry ilə görüşündən danışıqların "sürətlənməsi"nin yolunu tapmaq üçün istifadə edəcək.

ABŞ prezidenti Barack Obama bu yaxınlarda İsrailin baş naziri Benjamin Netanyahu-nu əmin edib ki, Birləşmiş Ştatlar İranın nüvə silahı əldə etməsini əngəlləyəcək sazişə nail olmağa çalışır.

2013-cü ildə Birləşmiş Ştatlar, Fransa, Almaniya, Britaniya, Rusiya və Çin İranla ilkin razılaşma əldə ediblər. Həmin razılaşmada iqtisadi sanksiyaların yumşaldılması əvəzində nüvə fəaliyyətinin məhdudlaşdırılması nəzərdə tutulur.

Günün bütün mövzuları

XS
SM
MD
LG