Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 03:42

Ukraynanın şərqində zorakılıqlar pislənilir


Donetskdə atəşə tutulmuş avtobus

Donetskdə atəşə tutulmuş avtobus

-

Avropa Birliyi və Vaşinqton Ukraynanın şərqində zorakılığın artmasını pisləyir. Son ayların ən qanlı hadisəsi yanvarın 13-də baş verib, Donetskdən gələn avtobusa mərmi dəyib, azı 11 nəfər həlak olub. Kiyev atəşin yaraqlıların olduğu ərazidən atıldığını bildirir. Yaraqlıların liderləri hücuma görə məsuliyyəti üzərinə götürməyib.

Dövlət Departamentinin sözçüsü Marie Harf deyib ki, bu hadisə və Donetsk aeroportu ətrafında atışmanın güclənməsi Rusiyanın dəstəklədiyi separatçıların öhdəliklərini tamamilə pozmasıdır.

Avropa Birliyinin xarici siyasət rəhbəri Federica Mogherini-nin sözçüsü isə deyib ki, Ukraynanın şərqində zorakılığın artması Mİnsk atəşkəs sazişinə əməl etməyin vacibliyini önə çıxarır.

Ukrayna prezidenti Petro Poroshenko avtobus hücumunu pisləyib, deyib ki, yaraqlılar "bu ölümlərə görə cavab verməli olacaqlar".

Günün bütün mövzuları

XS
SM
MD
LG