Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 08:09

Charlie Hebdo-nun 3 milyon nüsxəsi satışa çıxır


-

Yanvarın 14-də Charlie Hebdo jurnalının üç milyon nüsxəsi dünya üzrə satışa çıxarılır. Bir həftə öncə jurnalın Parisdəki redaksiyasına hücum olub, 12 nəfər öldürülüb.

Jurnalın üz qabığında Məhəmməd Peyğəmbərin ağlayan fotosu yer alıb, əlində "Mən Çarliyəm" yazılan plakat tutub, başının üzərində isə "Hər şey bağışlanandır" sözləri yazılıb.

Həftəlik jurnalın əməkdaşı Zineb El Rhazoui deyib ki, üz qabığındakı foto jurnalistlərin ekstremistləri bu hücuma görə bağışladığını göstərir. Əməkdaşlar icarəyə götürdükləri ofislərdə işləyib və jurnalı indiyə kimi görünməmiş nüsxədə çap ediblər. 3 milyon ənənəvi tirajdan 50 dəfə çoxdur.

Redaksiyaya hücumda ölənlər əsasən redaksiya heyəti və iki polis işçisi idi. Həmin hadisə Parisdə üç günlük terrorun başlanğıcı oldu, ümumilikdə 17 nəfər həlak oldu. 3 islamçı ekstremist isə təhlükəsizlik qüvvələri tərəfindən qətlə yetirildi.

XS
SM
MD
LG