Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 00:05

-

“Mənim qardaşım, əgər bilsəydin, sənə və sənin gözəl dininə bu qədər ləkə yaxılması, aşağılanması, təklənməsi məni necə üzür.”

"Fransa cəmiyyəti pul, qazanc, ayrı-seçkilik və irqçilik üzərində qurulub”.

Məşhur fransız rejissoru, “Beşinci element”, “Leon” kimi filmlərin yaradıcısı Luc Besson ölkəsinin müsəlman gənclərinə açıq məktub yazıb.

"Charlie Hebdo" satirik jurnalına hücumdan sonra yazdığı məktubda o, müsəlman gəncləri ektremizmdən çəkinməyə çağırır, amma həm də radikallaşmanın əsas səbəbi kimi sosial ədalətsizliyi, yoxsulluğu göstərib.

“Mənim qardaşım, əgər bilsəydin, sənə və sənin gözəl dininə bu qədər ləkə yaxılması, aşağılanması, təklənməsi məni necə üzür.” – L.Besson məktubunda yazır, - “Sənin gücün, enerjin, yumorun, qəlbin, icman – hamısı yaddan çıxıb. Bu, ədalətsizlikdir və biz bu ədalətsizliyi birlikdə aradan qaldıracağıq. Səni sevən və sənə kömək əlini uzadacaq bizim kimi milyonlarla insan var… Sabah, mənim qardaşım, biz daha güclü, bir-birimizə daha çox bağlı olacağıq. Mən bunu sənə söz verirəm. Amma bu gün, qardaşım, mən səninlə birlikdə ağlayıram”.

"Charle Hebdo"dakı qətliamı bütün dünya haqlı olaraq pislədiyi bir vaxtda bu hadisə həm də islamofoblar üçün bir siyasi fürsətə çevrilib.

Rejissor bildirir ki, Fransa cəmiyyəti “pul, qazanc, ayrı-seçkilik və irqçilik üzərində qurulub”.

Bəzi şəhərkənarı bölgələrdə 25 yaşınacan gənclər arasında işsizlik 50 faizə çatır. Sənə qarşı dərinin rəngi və adına görə ayrı-seçkilik edirlər. Səni gündə 10 dəfə sorğu-sual edirlər və dar mənzillərə doldururlar . Səni heç kəs təmsil etmir. Bu vəziyyətdə kim yaşaya, irəli gedə bilər?

“Bəzi şəhərkənarı bölgələrdə 25 yaşınacan gənclər arasında işsizlik 50 faizə çatır. Sənə qarşı dərinin rəngi və adına görə ayrı-seçkilik edirlər. Səni gündə 10 dəfə sorğu-sual edirlər və dar mənzillərə doldururlar . Səni heç kəs təmsil etmir. Bu vəziyyətdə kim yaşaya, irəli gedə bilər?”.

Besson fransız biznesmenlərini və siyasi liderlərini çətin iqtisadi durumdan xilas etmək üçün tədbir görməyə çağırıb:

“Möhtərəm güc sahibləri, övladınız varmı? Onları sevirsinizmi? Onlar üçün nə qoyub getmək istərdiniz? Pul? Bəlkə daha ədalətli cəmiyyət qoyub gedəsiniz. Belə etsəniz övladlarınız da sizinlə fəxr edər”.

Amma rejissor bununla yanaşı müsəlman gənclərin də radikal ideyalardan uzaq durmalarının vacibliyini vurğulayıb.

“Kalaşnikov avtomatını 250 avroya almaq olar, qələmin qiyməti isə heç 3 avro da deyil”. – L.Besson yazır, - “Hakimiyyətə demokratik yolla gəl, terror yoluyla qələbə qazanmaq mümkün deyil. Bunu tarix də sübut edir”.

L.Besson Parisdə “Charlie Hebdo” jurnalına hücum edən şəxslərin bütün müsəlmanları təmsil etmədiyini yazır. Həmin adamların “onlara əbədiyyət vəd etmiş radikal ruhanilər tərəfindən yoldan çıxarıldığını” qeyd edir.

Rejissor açıq məktubunda yazır ki, “biz öz xöşbəxtliyimizi başqalarının bədbəxtliyi üzərində qura bilmərik”. Bu, nə xristian, nə yəhudi, nə də müsəlman əxlaqına uyğundur. Bu, eqoizmdir və bəşəriyyəti dalana aparır.

"Guardian"a istinadla OxuZalı

Günün bütün mövzuları

XS
SM
MD
LG