Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 06:29

ABŞ Ukraynaya 2 milyard dollar kredit ayırmaq fikrindədir.

Bunu ölkənin maliyyə nazirliyi bəyan edib.

Nazirliyin məlumatına görə ilin birinci yarısında Ukraynaya 1 milyard dollar ayrılacaq.

Konqreslə müzakirələrdən sonra isə Kiyevə daha 1 milyard əlavə kredit veriləcək.

Nazirlik bildirib ki, buna təminat Ukraynanın Beynəlxalq Valyuta Fondunun kredit şərtlərini yerinə yetirməsindən aslı olacaq.

Beynəlxalq Valyuta Fondu bu həftə Kiyevdə Ukrayna hakimiyyəti ilə danışıqları bərpa edib.

Söhbət Ukraynaya vəd edilən 17 milyard dollarlıq yardım paketinin icrasından gedir.

Günün bütün mövzuları

XS
SM
MD
LG