Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 04:50

Seymur Həzinin məhkəməsində şahidlərin ziddiyyətli ifadələri


Seymur Həzi, xuliqanlıq ittihamı ilə həbs olunan onlarla siyası hakimiyyət tənqidçilərindən biridir
Seymur Həzi, xuliqanlıq ittihamı ilə həbs olunan onlarla siyası hakimiyyət tənqidçilərindən biridir

-

Yanvarın 13-də Abşeron rayon Məhkəməsində jurnalist Seymur Həzinin cinayət işi ilə bağlı proses davam etdirilib.

Bu haqda AzadlıqRadiosuna məlumat verən vəkil Adil İsmayılov deyir ki, prosesdə hal şahidləri dindirlib.

“ Hadisə baş verən gün protokola imza atmış hal şahidlərini çağırmışdılar. Onlar da bildirdi ki, protokolda yazılanların əksəriyyətindən xəbərsizdilər".

Vəkilin sözlərinə görə, qarşıdakı proselərin birində Abşeron rayon polis idarəsinin müstəntiqi də məhkəməyə ifadə verəcək. Hakim müdafiə tərəfinin belə bununla bağlı vəsatətini təmin edib.

Növbəti proses yanvarın 22-nə təyin olunub.

Seymur Həzi avqustun 29-da tutulub, xüliqanlıqda ittiham olunur.

Müdafiə tərəfi məsələnin siyasi sifariş olduğunu deyir.

Hakimiyyət nümayəndələri isə bu iddianı rədd edir, onun həbsinin siyasi və jurnalist fəaliyyətinə aidiyyəti olmadığını deyirlər.

Seymur Həzi “Azadlıq” qəzeti, “Azərbaycan saatı” televiziya proqramının əməkdaşı və AXCP-nin üzvüdür.

XS
SM
MD
LG