Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 20:53

Donetskdə mərmi avtobusa dəydi, 10 nəfər həlak oldu


Ukraine--Fire fighters trying to put out blaze on an inter-city bus in the Donetsk Region, eastern Ukraine, 12Feb2009

Ukraine--Fire fighters trying to put out blaze on an inter-city bus in the Donetsk Region, eastern Ukraine, 12Feb2009

-

«Donetsk vilayətinin Volnovaxa yaşayış məntəqəsi yaxınlığında yaraqlılar tərəfindən atılan mərmi sərnişin avtobusuna dəyib».

Məlumatı «İnterfaks Ukraina» agentliyi Donetsk şəhər administrasiyasının mətbuat katibi Yelena Malyutinaya istinadən yayıb.

Hadisə zamanı 10 nəfərin həlak olduğu, 13 nəfərin isə yaralandığı deyilir.

«Dokuçayevsk tərəfdən atılan artileriya mərmisi birbaşa avtobusa dəyib. Mərmi atılanda avtobus blokpostun yaxınlığından keçirdi», — deyə Malyutina bildirib

Ukrayna Daxili İşlər Nazirliyinin Donetsk vilayəti üzrə idarə rəisi Vyaçeslav Abroskin öz facebook hesabında yazıb ki, mərmi yaraqlılar tərəfindən atılıb. Onun sözlərinə görə yaraqlılar blokpostu vurmaq istəyiblər.

Qondarma Donetsk xalq respublikasının Müdafiə Nazirliyindən isə «İnterfaks» agentliyinə bildiriblər ki, baş vermiş hadisəyə onların heç bir aidiyyatı yoxdur.

«Volnovaxa rayonunda yalnız Ukrayna blokposu var və o ərazi bizim artileriya üçün əlçatmazdır», — deyə nazirlikdən bildiriblər.

Donetsk aeroportu

Donetsk aeroportu

Yanvarın 13-də Donetsk vilayətində daha bir insident baş verib. Səhər saatlarında artileriya zərbələrində Donetsk aeroportunun dispetçer qulləsi aşıb. Aeroportun həmin ərazisi və yeni terminal Ukrayna ordusunun nəzarəti altındadır.

Novorossiya agentyliyinin verdiyi xəbərə görə qüllə yaxınlıqdakı tikililərin üstünə düşüb.

Ukrayna Baş Qərargahının sözcüsü Vladislav Seleznyov bildirib ki, qüllə həqiqətən də uçub və xəsarət alan yoxdur.

Donetsk aeroportu uğrunda döyüşlər hərbi əməliyyatlar başlanan gündən aparılır. Terminallar və uçuş-eniş zolaqlarının dağılmasına və nəqliyat üçün yararsız olmasına baxmayaraq hava limanı strateji obyekt sayılır və hər iki tərəf üçün prinsipial xarakter daşıyır.

XS
SM
MD
LG