Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 12:51

İlqar Məmmədovla Tofiq Yaqublunun məhkəməsi təxirə salınıb


İlqar Məmmədov və Tofiq Yaqublu
İlqar Məmmədov və Tofiq Yaqublu

Yanvarın 13-də Ali Məhkəmədə həbsdə olan ReAl hərəkatının lideri İlqar Məmmədov və Müsavat Partiyasının sədr müavini Tofiq Yaqublunun kassasiya şikayətinə baxılıb.

Vəkillər onlara bəraət verilməsini tələb ediblər.

Vəkil Nemət Kərimli bildirib ki, istər istintaq, istərsə də məhkəmədə onların təqsiri sübuta yetirilməyib. Onların əməllərində nəinki cinayət tərkibi, cinayət hadisəsinin özü belə yoxdur.

Digər vəkil, Fuad Ağayev də İlqar Məmmədovun həbsinin qanunsuz olduğunu və Avropa İnsan Hüquqları Konvensiyasının 5 və 18-ci maddələri üzrə hüquqlarının pozulduğunu deyib.

Vəkillərin çıxışından sonra məhkəmə hakimlərin işlə tanış olması üçün prosesi qeyri-müəyyən vaxta qədər təxirə salıb.

İlqar Məmmədovla Tofiq Yaqublu 2013-cü ilin yanvarında İsmayıllıda baş verən etiraz aksiyalarına görə həbs olunublar.

İlqar Məmmədov 7, Tofiq Yaqublu isə 5 il azadlıqdan məhrum edilib.

Onlar həmin hadisələr zamanı kütləvi iğtişaşlara çağırma və hakimiyyət nümayəndələrinə qarşı zor işlətməkdə təqsirli biliniblər.

Müdafiə tərəfi məsələnin siyasi motivli olduğunu deyir.

Avropa İnsan Haqları Məhkəməsi İlqar Məmmədovun dərhal azadlığa buraxılması və hakimiyyətin ona təzminat ödəməsi barədə qərar çıxarıb.

ƏTRAFLI REPORTAJ AzadliqLive PROQRAMINDA

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG