Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 18:45

AXCP fəalı Murad Ədilovun işi üzrə hazırlıq iclası keçirilib


Murad Ədilov
Murad Ədilov

Yanvarın 13-də Lənkəran Ağır Cinayətlər Məhkəməsində AXCP fəalı Murad Ədilovun işi üzrə hazırlıq iclası keçirilib.

Bu barədə AzadlıqRadiosuna vəkil Yalçın İmanov məlumat verib.

Vəkil bildirib ki, Murad Ədilov barəsində çıxarılan həbs qətimkan tədbirininin vaxtı artıq 2 gündür ki, birib və hazırda o qanunsuz həbsdə saxlanır.

Müdafiə tərəfi onun qanunsuz həbsdə saxlanması, cinayət işinə xitam verilməsi və müdafiə tərəfindən olan şahidlərin dindirilməsi ilə bağlı 3 vəsatət qaldırıb.

Amma hakim onlardan yalnız sonuncusunu təmin edib.

Novbəti prosesiyanvarın 22-nə təyin olunub.

Murad Ədilov avqustun 11-də Sabirabadda həbs edilib, külli miqdarda narkotik maddə saxlamaqda ittiham olunur.

Nərimanov rayon Məhkəməsi avqustda onun barəsində 3 aylıq həbs-qətimkan tədbiri seçib.

Noyabrın 6-da həbs müddəti daha 2 ay uzadılıb.

Murad Ədilov ittihamı rədd edir.

XS
SM
MD
LG