Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 19:19

İlqar Məmmədov kimdir


İlqar Məmmədov
İlqar Məmmədov

.
İlqar Məmmədov 2009-cu ildən Respublikaçı Alternativ hərəkatının sədridir. 2013-cü ildə Prezident seçkilərində iştiraka hazırlaşsa da namizədliyi qeydə alınmadı.

İlqar Məmmədov 1998-2003-cü ildə Azərbaycan Milli İstiqlal Partiyasının (AMIP) sədr müavini olub.

AMİP-dən ayrıldıqdan sonra Azərbaycan Avrointeqrasiya Milli İctimai Komitəsinin təsisçisi, Açıq Cəmiyyət İnstitutu İdarə Heyətinin üzvü olub, Regional Əməkaşlıq naminə Qara Dəniz Fondunun (Black Sea Trust for Regional Cooperation) Məsləhət Şurasına seçilib və Avropa Şurasının Siyasi Biliklər Proqramının Azərbaycan üzrə direktoru vəzifəsinində çalışıb.

İlqar Məmmədov 2013-cü il fevralın 4-də İsmayıllı rayonunda kütləvi etiraz aksiyası ilə bağlı hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə, xuliqanlıq ittihamları ilə həbs edilib.

Azərbaycan hakimiyyətinin ən sərt tənqidçilərindən biri kimi tanınır.

2014-cü ilin martın 17-də 7 il müddətinə azadlıqdan məhrum edilib.

44 yaşlı İlqar Məmmədov ixtisasca tarixçidir, Lomonosov adına Moskva Dövlət Universitetinin tarix fakultəsini və Budapeştdə Mərkəzi Avropa Universitetinin siyasi elmlər fakultəsini bitirib.

Ailəlidir, bir qızı var.

XS
SM
MD
LG