Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 01:59

Putin Auşvits əsir düşərkəsinin azad edilməsi ilə bağlı Polşaya getməyəcək


Vladimir Putin

Vladimir Putin

Rusiya prezidenti Vladimir Putin Auşvits-Burkenau əsir düşərkəsinin nasist Almaniyasından azad edilməsinin 70 illiyi ilə bağlı Polşaya gedə bilməyəcək.

Prezidentin mətbuat katibi Dimitry Peksov bunun üçün Kremlə rəsmi dəvət göndərilmədiyini deyir.

Polşa prezident administrasiyasının rəsmisi Tomash Nalenc bu günlərdə Vladimir Putinin bu tədbirdə iştirak etməsindən danışmağa əsas olmadığını deyib.

Onun sözlərinə görə, Varşava indiyədək Moskvadan belə bir istək barədə müraciət almayıb.

O həmçinin qeyd edib ki, Osvensimdəki beynəlxalq şura əsir düşərkəsinin azad edilməsinin 70 illiyi ilə bağlı bütün dünyaya dəvətnamə göndərib və deməli Rusiya da dəvət alıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG