Parisdə Şarli Hebdo redaksiyasına silahlı hücumdan sonra jurnal Məhəmməd peyğəmbərin yeni karikaturasını üz qabığında dərc edir.
Yanvarın 14-ündə satışa çıxarılacaq buraxılışda gözündən yaş damlayan "peyğəmbərin" əlində jurnala dəstək verənlərin mitinqlərindəki "Mən Şarliyəm" şüarı, başının üstündə isə “hər şey bağışlanandır” yazısı yerləşdirilib.
Jurnalın vəkili bildirib ki, bununla ekstremistlər qarşısında boyun əymədiklərini göstərmək istəyirlər. Paris terrorundan sonra Fransada, Avropada və dünyada müsəlmanlara qarşı dalğa gözlənilirmi? Ətraflı AzadliqLive-da
Ilqar Məmmədovun vəkili: #AzadliqLive-a Məhkəmə müdafiəni dinləyib məgkəmi başqa vaxta təxirə saldı, günü bilinmir. Ətraflı axşam saat 8-də
— AzadliqRadiosu (@RadioAzadliq) 13.1.2015
Ali Məhkəmənin qarşısında, İlqar Məmmədov haqda qərarın gözləntisində
Jurnalist Ramin Deko-nun FB səhifəsinə yüklənən fotolarda müxalifət və ictimai sektor fəalları Bakıda, Ali Məhkəmənin qarşısında uzun müddət ümudundə olduqları qərarı eşitmək istəyirlər. Avropa insan haqları məhkəməsi onun azad olunması haqda qərar qəbul edib. Qaydalara əsasən Azərbaycan məhkəməsi onun həbsi haqda hökmə yenidən baxmalıdır. İlaqr Məmmədov azadlığa buraxılacaq, yoxsa iş yenidən istintaqa göndəriləcək? Ətraflı AzadlıqLive proqramında
#AzadliqLive-da sorğu. Benzin niyə bahalaşıb? 1.Əhali varlanıb.2.Maya dəyəri artıb.3.Neftdən asılı büdcəyə pul lazım http://t.co/LpPB1qvnqv
— AzadliqRadiosu (@RadioAzadliq) 13.1.2015