Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 04:15

Ukrayna ordusu və rusiyapərəst separatçılar Donbasda vəziyyətin pisləşdiyini xəbər verirlər.

Tərəflər bir-birini atəşkəs rejimini pozmaqda günahlandırırlar.

Ukrayna ordu gün ərzində mövqelərinin 80 dəfədən çox atəşə tutulduğunu deyir.

Hərbçilərin sözlərinə görə separatçılar ağır silahlardan istifadə edirlər.

Hava limanı və ətrafdakı qəsəbələr “Grad” qurğulardan atəşə tutulur.

Hərbçilər həmçinin pilotsuz təyyarələrin 9 fəfə kəşfiyat apardıqlarını müşahidə ediblər.

Həmçinin separatçılar Ukrayna ordusunun atəşkəs rejimini 66 dəfə pozduğunu deyirlər.

Onların sözlərinə görə, Donetskin məhəllələri inatanlardan atəşə tutulub.

Həmçinin ATƏT-in müşahidəçiləri son vaxtlar Ukraynanın şərqində atəşkəs sazişinin tez-te pozulduğunu deyirlər.

Müşahidəçilərin yanvarın 12-də yaydıqları hesabata görə, təkcə bu ayın 10-11-də 111 belə pozuntu müşahidə edilib ki, bunun 39-u Donetsk hava limanı ətrafında qeydə alınıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG