Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 16:36

Erdogan Paris hücumlarına görə Qərbə "ikiüzlü" deyir


Türkiyə prezidenti Tayyip Erdogan deyir ki, Qərbin Parisdəki hücumlara reaksiyası islamafobiya ilə qarışıb. "Qərbin ikiüzlülüyünü görmək çox sadədir," o, yanvarın 12-də Fələstin prezidenti Mahmud Abbas-la Türkiyədə keçirilən mətbuat konfransında deyib.

"Biz, müsəlman olaraq, heç vaxt terrorçuluğa tərəf tutmadıq, heç vaxt qətliamlara tərəf tutmadıq. Bu qırğınların arxasında irqçilik, nifrət çıxışı, İslamafobiya durur".

İsrailin baş naziri Benjamin Netanyahu da yanvarın 11-də Parisdəki birlik yürüşündə iştirakına görə tənqid olunub.

"Soruşuram, Qəzzada 2.500 adamı qətlə yetirən dövlət terrorunu həyata keçirən bu şəxsdən nə düzəltmək istəyirsiniz?"

Erdogan onu da deyib ki, 17 nəfərin ölümünə səbəb olmuş hücumlar Fransa təhlükəsizlik qüvvələrinin səhvi olub, çünki şübhəlilər bu yaxınlarda həbs cəzası çəkiblər.

XS
SM
MD
LG