Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 22:40

Ukrayna böhranı üzrə sammit razılığı alınmadı


Ukrayna, Rusiya, Almaniya və Fransanın xarici işlər nazirləri bu həftə Ukrayna böhranına dair sammit keçirməyə görə razılıq əldə edə bilməyiblər. Almaniyanın xarici işlər naziri Frank-Walter Steinmeier bunu Berlində 4 saatlıq danışıqlardan sonra deyib. Onun sözlərinə görə, görüşdə "çox açıq fikir mübadiləsi" aparılıb, ancaq bu həftə Qazaxstanda sammit üzrə nəticə əldə olunmayıb.

Steinmeier deyib ki, nazirliklərin təmsilçiləri növbəti günlərdə yenə görüşəcək, fikir ayrılıqlarını aradan qaldırmağa çalışacaqlar.

Dörd nazir birgə bəyanat verib, Ukrayna, Rusiya və ATƏT-in kontakt qrupunu görüşməyə, sentyabrda əldə olunmuş sülh sazişinin yerinə yetirilməsinə cəhd göstərməyə çağırıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG