Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 04:59

Neftin qiyməti bazar ertəsi 5 faiz də enərək son altı ildə ən aşağı həddinə çatıb.

Üstəlik bu arada Goldman Sachs investisiya şirkəti qiymətin bundan sonra da enməkdə olacağını proqnozlaşdırıb.

Brent markalı neftin qiyməti 2, 68 dollar endikdən sonra bir barrelin qiyməti hazırda 47, 43 dollardır.

Ekspertlər qiymətlərin 40 dollardan da aşağı enə biləcəyini proqnozlaşdırırlar və bildirirlər ki, enmə gözlənildiyindən daha sürətlə baş verir.

Ötən həftə ərzində qiymət enişi az-çox dərəcədə sabit olsa da, Goldman üç aylıq proqnozunu verdikdən sonra ucuzlaşma yenidən sürətlənib.

OPEC-in əsas üzvləri olan Səudiyyə və Körfəz ölkələri istehsalı azaltmamaq qərarında qalmaqda davam edirlər.

Günün bütün mövzuları

XS
SM
MD
LG