Keçid linkləri

2024, 08 May, çərşənbə, Bakı vaxtı 01:37

Ermənistanda 1 ailənin qətlində şübhəli bilinən Rusiya əsgəri axtarışdadır


Valery Permyakov
Valery Permyakov

Yanvarın 12-də Ermənistanın Gümrü şəhərində Avetisyanlar ailəsinin 6 üzvü öldürülüb.

Hadisə səhər saatlarında Myasnikyan küçəsindəki 188 nömrəli evdə baş verib.

Ölənlərdən 1-i 2 yaşlı uşaq qalanları isə böyüklərdir.

Ailənin 6 aylıq üzvü Serz isə yaralı halda hospitala götürülüb və artıq üzərində əməliyyat aparılıb.

Onların üzərində güllə yaraları aşkar edilib.

Ermənistan istintaq komitəsinin məlumatına görə, əsas şübhəli 102 saylı Rusiya hərbi bazasının əsgəri Valery Peremyakovdur.

Onun hərbi hissədən qaçdığı bildirilir.

Hadisə yerindən AK-74 avtomat silahı, boş gilz və patronlar tapılıb.

Əsgərin fotoları yayılıb və hazırda axtarış gedir.

Hadisənin motivi hələlik bəlli deyil.

XS
SM
MD
LG