Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 07:57

Cənubi Qafqazda məhkəmələr nə dərəcə müstəqildirlər?


«Gürcüstanda məhkəmə sistemi indi nisbətən az korrupsiyaya uğrayıb»
«Gürcüstanda məhkəmə sistemi indi nisbətən az korrupsiyaya uğrayıb»
«Azadlıq» radiosunun Azərbaycan, Gürcüstan və Ermənistan redaksiyalarının birgə hazırladığı «Qafqaz qovşağı» proqramı budəfəki sayında məhkəmələrinin hazırkı durumunu təhlil edir. Cənubi Qafqaz respublikalarında məhkəmələr nə dərəcə müstəqildirlər? Qərarların verilməsində ədalətlilik prinsipinə necə əməl olunur?

Gürcüstanın Gənc Hüquqşünaslar Assosiasiyasının nümayəndəsi Anna Dalidze hesab edir ki, hazırda məhkəmələrin vəziyyətini «narıncı inqilab»dan əvvəlki dövrlə müqayisə etmək olmaz: «Gürcüstanda məhkəmə sistemi indi nisbətən az korrupsiyaya uğrayıb. Lakin, çox şey dəyişməyib, məhkəmələr yenə hökumətdən asılıdırlar».


Hüquq elmlər namizədi Qrayr Tabmasyan hesab edir ki, Ermənistan da, Gürcüstan da, Azərbaycan da Avropa Şurasının üzvləridir. Bu baxımdan hakimlərin qərarlarına Avropa Məhkəməsi etiraz edə bilər: «Amma, hakim ayda 400-500 dollar alırsa, hətta siyasi qüvvələrinin buna imkan verdiyi təqdirdə belə o, müstəqil ola bilməz».


Hüquqi Tədqiqatlar Mərkəzinin sədri Müzəffər Baxışov bildirir ki, siyasi iradə olduğu təqdirdə Azərbaycanda müstəqil məhkəmə sistemi yaratmaq olar: «Digər sahələrdə olduğu kimi hüquq sahəsində də aparılan islahatlara hökumət nəzarət edir: «Apellyasiya məhkəməsi Bakı bazarı kimidir. Qərar çox pul verənin xeyrinə çıxarılır».


ƏTRAFLI DİNLƏYİN


XS
SM
MD
LG