Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 05:04

Kim, nə qədər əmlak vergisi ödəyəcək?


Bakı
Bakı

.

Reportajı burada dinlə:

Gözlə

No media source currently available

0:00 0:04:58 0:00
Direct-ə keçid


Yanvarın 1-dən vətəndaşlar əmlak vergisi ödəyəcək. Əslində bu vergi əvvəllər də ödənilirdi. İldə bir dəfə, adətən Mənzil Kommunal Təsərrüfat Birliklərinə («JEK») və ya bələdiyyələrə.

2015-ci ildən şərtlər dəyişib.

Milli Məclis ötən ilin iyununda «Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında» qanunu dəyişib. Yanvarın 1-dən yeni qanunun tətbiqinə başlanıb. Bundan öncə mülkiyyətçilər əmlakın ümumi dəyərindən 5 min manat çıxıb, yerdə qalan vəsaitin 0,1 faizi qədər vergi ödəyirdi.

Bundan sonra ödəniş mülkün ümumi sahəsinə görə aparılacaq. Ümumi sahədən 30 kvadrat metr çıxıb yerdə qalan sahənin hər kvadrat metrinə görə vergi ödənəcək. Vergi hesablanması əmlakın yerləşdiyi ərazidən asılı olaraq dəyişəcək. Tutalım, Bakıda 55 m2-lik mənziliniz varsa, bunun 30 m2-dan vergi tutulmur. Yerdə qalan 25 m2-ın vergisi belə hesablanır:
25 X 0.4 = 10 AZN. Əgər eviniz şəhərin mərkəzində, məsələn, Səbail rayonundadırsa alınan rəqəm 1.5 AZN-ə vurulur. Yəni yekun olaraq, Bakıda Səbail rayonunda 55 m2 sahəsi olan mənzil üçün illik vergi 15 AZN olacaq:
25 X 0.4 X 1.5 = 15 AZN

Amma əgər bu mənzil şəhər kənarında - məsələn, Masazırda olsa, son vurma 1.5 manata deyil, 0.7 manata olacaq. Yekun hesablama belədir:
25 X 0.4 X 0.7 = 7 AZN.

BAŞQA ÖLKƏLƏRDƏ VERGİDƏN AZAD EDİLİR, AZƏRBAYCANDA İSƏ…

Vəli Quliyev qanuna edilən dəyişikləri eşidib narahat olub. Deyir ki, vergini hara, nə qədər və necə ödəyəcəyindən məlumatsızdır:

«Biz əvvəllər evimizə görə ildə bir dəfə «JEK»-ə 20 manat ödəyirdik. Amma yeni qanuna dəyişiklikdən sonra şərtlərdən xəbərsizik».

Arxiv foto
Arxiv foto

Vəli Quliyevin evi Bakının Nərimanov ərazisində yerləşir. Ümumi sahəsi 80 kvadrat metrdir. Hesablayandan sonra məlum olur ki, Vəli Quliyev bundan sonra təxminən 20-30 manat əmlak vergisi ödəyəcək. Hələlik, Nazirlər Kabineti şəhərin yerləşmə yerlərində görə əmsalları müəyyənləşdirməyib deyə, dəqiq nə qədər ödəyəcəyi məlum deyil.

Əslində onun ödəyəcəyi vəsait o qədər də dəyişməyəcək. Amma Vəlini narahat edən təkcə bu məsələ deyil. Axı, onlar bundan sonra əmlak vergisindən əlavə bir də torpaq vergisi ödəməlidir:

«Düzdür, ilk baxışda bu az məbləğ görünür. Amma aylıq gəliri 500-1000 manat arası olan 4 nəfərlik ailə üçün hər bir manatın belə dəyəri var. Şəxsən mən qanuna edilən dəyişikliklərə çox pis baxıram. Nefti olan ölkələrdə vətəndaşa müəyyən güzəştlər edilir. Azərbaycanda isə son vaxtlar az qala hər şey üçün vergi almağı düşünürlər. Açıq-aşkar görünür ki, vergilərlə bağlı son dəyişikliklər azalan neft gəlirini vətəndaşın hesabına əvəzləməkdir. 19 milyardlıq dövlət büdcəsinin yarıdan çoxu neftdən gələndə hökumət bu duruma düşəcəyini bilməli idi. Qeyri-neft sektorunu inkişaf etdirməyəndə düşüləcək durum belə olacaqdı».

ƏSAS MƏQSƏD ŞƏFFAFLIQDIR…

Vəli Quliyevdən fərqli düşünənlər də var. Elnur Əliyev yeni qanundan razıdır. Deyir ki, bundan sonra vətəndaşlar necə gəldi yox, özləri rahatlıqla vergilərini dövlətə ödəyə biləcək.

Elə iyunun 20-də Milli Məclis qanunu dəyişərkən Ziyad Səmədzadə bildirib ki, dəyişiklik ilk növbədə bələdiyyələrin fəaliyyətində şəffaflığı təmin etmək üçündür. Bundan sonra bankda, poçtda, ödəniş edilə bilər.

Ziyad Səmədzadə
Ziyad Səmədzadə

Ziyad Səmədzadə çıxışında Azərbaycandakı əmlak vergisinin həcmini müqayisə edib. Bildirmişdi ki, Azərbaycanda digər ölkələrlə müqayisədə ən az əmlak vergisi və torpaq vergisi ödəyən ölkədir:

«Torpaq, əmlak vergisinin düzgün hesablanması bütövlükdə Azərbaycanın milli sərvətinin hesablanması üçün lazımdır. Burada vergilərin artmasından söhbət getmir, uçotun obyektivliyindən söhbət gedir».

AÇIQ QALAN SUALLAR…

Elə qanun layihəsi müzakirə edilərkən millət vəkilləri konkret problemlərə diqqət çəkmişdilər. O vaxtkı millət vəkili Mübariz Qurbanlı əmlak vergisinin müxtəlif strukturlardan – mənzil fondu, mənzil istismarı sahələrinə və ya özəl şirkətlərin tikdiyi yeni binaların tərkində yaradılan qurumlardan danışmışdı. Ziyad Səmədazadəyə sual etmişdi ki, bundan sonra əmlak vergisini kim ödəyəcək – vətəndaş, yoxsa kommunal xərclər adı ilə vətəndaşdan yüksək tariflərlə pul yığan şirkət?

Hələ 6 ay öncə Ziyad Səmədzadə bu sualı qanunun layihəsinin müzakirəsində cavablayarkən bu məsələni mürəkkəb adlandırmışdı. O, ölkənin mənzil kommunal təsərrüfatında ciddi islahatların aparılmasına ehtiyac olduğunu, özəl şirkətlərin tikdiyi binalardakı qurumlardakı problem vurğulamışdı. Ardınca da əlavə etmişdi ki, hələlik bu haqda qəti söz deyə bilməyəcək:

«Çünki bundan ötrü müvafiq araşdırmalar aparılmalıdır. Hər bir məsələ konkret olmalıdır. Amma bu problem var».

YENİ QANUNUN NECƏ TƏTBİQ EDİLƏCƏK…

Milli Məclis
Milli Məclis

Bu problemlərin olduğunu layihəni parlamentə təqdim edən komitə sədri təsdiqləsə də sonda qanuna dəyişiklik qəbul edildi. İndi qanunun icrasına başlanılıb. Ötən 6 ayda bu problemlər həll edildimi? Vətəndaşlar vergini banka ödəyəndən sonra onlardan yenidən mənzil istismarı sahəsi pul almayacaq ki?

İqtisadçı Qalib Toğrul yeni qanundan razıdır. Deyir ki, bəzi suallar qalsa da əsas məsələ - bələdiyyələrin büdcəsinin artırılmasına görə bu qanun alqışlanmalıdır:

«Düzdür hələlik əmlakın yerləşməsinə görə vəsait dəqiqləşdirilməyib. Amma yəqin ki, 1-2 ay ərzində bu məsələlər də həll olunar. Amma bundan sonra vətəndaş vergini kimə və necə ödəyəcəyi barədə problemlər də həll olunar».

Qalib Toğrulun fikrincə bu qanunun tətbiqindən sonra vətəndaşın ödədiyi vergi bir baş dövlətin büdcəsinə gedəcək və şəffaflıq təmin ediləcək.

XS
SM
MD
LG