Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 03:25

Prezidentdən təsəlli müşavirəsi...


.

AMERİKA AZƏRBAYCANDAN GETMİR, ÇIXARILIR?

İsa Qəmbər
İsa Qəmbər

“Rusiya kimi nəhəng bir dövlət ABŞ-la, Qərblə mübarizədə 6 ay ayaq üstə dayana bilmədisə, Azərbaycanın ABŞ-la rəqabətə girməsinin nə anlamı ola bilər?” Müsavat Partiyasının sabiq başqanı İsa Qəmbər “Yeni Müsavat”a müsahibəsində belə deyib:

“Müstəqilliyimizin ilk dönəmlərində məşhur bir zarafat vardı. Deyirdilər ki, Moskva hansısa bir xalqı, ölkəni qorxutmaq istəyəndə deyir ki, siz bizim dediklərimizi qəbul etməsəniz, biz sizin ölkəyə gələcəyik. Vaşinqton isə hansısa bir ölkənin, xalqın davranışını bəyənməyəndə cəza yerinə deyir: siz bizim dediyimizi eləməsəz, biz sizin ölkədən çıxıb gedəcəyik.

Təbii, ABŞ istəyir ki, Azərbaycanda AzadlıqRadiosu da fəaliyyət göstərsin, ABŞ-a, Qərbə bağlı müxtəlif fondlar da çalışsın. Ancaq guya bu qurumlar işləməyəndə Amerikaya nə olacaq? ABŞ bilir ki, müəyyən bir proses gedir.

...ABŞ getmir, Azərbaycan hakimiyyəti onu ölkədən çıxarır. Amerika da deyir ki, yaxşı çıxıram, sonra? İran kimi bir dövlət gündən-günə kompromislərə doğru addım atır”.

İlham Əliyev
İlham Əliyev

​İLHAM ƏLİYEVİN TƏSƏLİ MÜŞAVİRƏSİ

“Azadlıq” qəzetinin prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2014-cü ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2015-ci ildə qarşıda duran vəzifələrə həsr olunan iclasına dair məqaləsi belə adlanır:

“Həmişəki kimi bu müşavirədə də ölkədəki inkişafdan söhbət açılıb və Azərbaycan modelinin bütün dünyaya örnək ola biləcəyi iddia edilib.
Hər dəfə prezidentin və hakimiyyət təmsilçilərinin uğurlar haqqında ağızdolusu danışmasını eşidəndə, “uğur” sözü haqqında dərindən düşünməli oluruq.

Sanki, hökumətimiz bütün uğursuzluqları uğur kimi görmək öhdəliyi götürüb. Rəsmi statistika göstərir ki, ölkə əhalisinin 2.2 milyon nəfəri kredit borcu ödəyir.

Eyni zamanda məlum olur ki, 2 milyondan çox vətəndaş dolanışıq üçün ölkə xaricinə köç etməli olub. Əyalətlərdə iş qabiliyəti olan adamlar ya paytaxta, ya da Rusiyaya üz tutublar. Minimum əmək haqqı yaşayış minimumunu ödəmir.

Neft və qazdan başqa dünya bazarına çıxara biləcəyimiz məhsulumuz yoxdur. Statistika göstərir ki, Azərbaycanın neftsiz büdcəsi Gürcüstanın büdcəsindən azdır. Ünvanlı sosial yardım alanların sayı artır və bu da ölkədəki yoxsulluğun göstəricisidir. İqtisadiyyatın bütün sahələri məmurların nəzarətindədir. Gömrük məntəqələri sadə vətəndaşın həyatını cəhənnəmə çevirib. Digər faktlar da sadalamaq olar.

Görünür, Ilham Əliyev iqtisadi uğurlardan danışanda hakimiyyət komandasının varlanmasını nəzərdə tutur. Sadəcə olaraq təvazökarlıq edib, bütün uğurları xalqla “bölüşür”.

İlham Əliyev çıxışı zamanı onu da bildirib ki, neftin qiymətdən düşməsi bizə heç bir təsir göstərməyəcək. Dövlət başçısının bu fikirləri təxminən ona bənzəyir ki, “Qar yağsa da, şaxta olsa da havalar isti keçəcək”".

Elman Rüstəmov
Elman Rüstəmov

​BAŞ BANKİRDƏN TƏRİFLƏR

AzərTAc xəbər verir ki, Mərkəzi Bankın sədri Elman Rüstəmov Nazirlər Kabinetinin 2014-cü ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasındakı çıxışında Azərbaycanın dünya iqtisadiyyatının mühüm tərkib hissəsi olduğunu bildirib:

“Hazırda əmtəə və xidmətlər üzrə xarici ticarət dövriyyəsi ümumi daxili məhsulumuzun təxminən 76 faizini təşkil edir. Bu, ölkənin qlobal iqtisadiyyata açıqlığının göstəricisidir. Həcmi 54 milyard dollara çatan mal və xidmətlər üzrə xarici ticarət dövriyyəsi son 10 ildə 7 dəfə artıb.

Milli iqtisadiyyatımız bütün xarici konyukturanın pisləşməsinə baxmayaraq möhkəm mövqelərə malikdir. 2014-cü ildə Azərbaycanın tədiyyə balansının cari hesabında 11 milyard dollardan çox profisit gözlənilir. İxracın həcmi idxalı 2,6 dəfə üstələyəcəkdir. Son illər ərzində ilk dəfə idxalın təxminən 20 faizədək azalması, - bu, yəqin ki, ölkənin özünütəminat səviyyəsinin yüksəlməsi ilə əlaqədardır, - xarici ticarət balansına müsbət təsir edib”.

DEPUTAT QAR TƏMİZLƏMƏK TƏKLİFİNDƏN ƏSƏBLƏŞİB...

Millət vəkili Elmira Axundova bir neçə gün öncə nazirlərin küçələri təmizləməsi ilə bağlı təklif səsləndirmişdi. Deputat bildirmişdi ki, Avropa ölkələrində olduğu kimi, Azərbaycanda da nazirlər, millət vəkilləri qarlı çovğunlu havalarda küçələri təmizlənməsində iştirak etməlidirlər.

Fəzail Ağamalı
Fəzail Ağamalı

Həmkarı Fəzail Ağamalı “AzVision.az”a bildirib ki, "səviyyəsiz adamların eyvandan atdığı kağız parçalarını, politilen torbaları millət vəkillərinin, nazirlərin təmizləməsi" başadüşülən deyil:

“Avropalı konqresmenlər, nazilər bunu hansı məqsədlə edirlər, onu bilmirəm. Orada bütün strukturlar normal şəkildə işləyirlər. Odur ki, nazirlərin küçə təmizləməsi formal xarakter daşıyır.

Qaldı ki, Azərbaycanın şəhərlərinə lazımı strukturlar imkan daxilində təmizliklə məşğul olurlar. Bakı təbii cəhətdən çirkliliyə meyilli olan şəhər olmasına baxmayaraq təmizdir. Parkları təmiz saxlanılır. Ayrı-ayrı strukturlar insanların istirahət etdiyi yerlərin təmizliyinə riayət edilər. Bakının yolları da səhər-səhər yuyulur. Biz yuxuda olanda müvafiq strukturlar bu funksiyanı yerinə yetirirlər. Ayrı-ayrı səviyyəsiz adamların eyvandan atdığı kağız parçalarını, politilen torbaları millət vəkillərinin , nazirlərin təmizləməsini başa düşə bilmirəm”.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG