Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 10:09

Milli Şura 14 saylı həbsxanada baş verənlərin araşdırılmasını tələb edir


Cəmil Həsənli
Cəmil Həsənli

Milli Şura 14 saylı Cəza Çəkmə Müəssisəndə baş verən etirazdan sonra davam edən gərginli pisləyən bəyanat yayıb. Bəyanatda həbsxanaya hərbi qüvvə yeridilməsi pislənir, baş verənlərin hüquq müstəvisində araşdırılmasını tələb edilir:

«Dekabrın 22-də məhkum Elşad Babayevin işgəncə ilə qətlə yetirilməsindən sonra gərginlik hələ də davam edir. Dustaqların bu qətlə etirazlarına cavab olaraq CÇM-ə qoşun yeridilib, yüzlərlə məhkum işgəncəyə məruz qalıb. Bir neçə dustaq karserə salınıb, bəziləri «tubzon» kimi tanınan müəssisəyə köçürülüb. Həmin məhbuslara yaxınları ilə görüşə icazə verilmir».

Bəyanatda dustaqların «tubzon»a köçürülməsi işgəncələri ört-basdır etmək məqsədi daşıdığı qeyd olunur:

«Məhkum Elşad Babayevin Penitensiar Xidmətin əməkdaşları tərəfindən qətlə yetirilməsi adi hadisə kimi yox, Əliyev rejiminin ölkə vətəndaşına münasibətinin göstəricisidir. Bu, həm də ölkədəki rejimin kriminallaşmasını göstərir. Biz bu qətldə iştirak edənlərin hələ də tapılamasını, etiraza qalxan dustaqlara zorakılıqları və işgəncələri pisləyirik. Karserə salınan, «tubzon»da saxlanan dustaqlara yaxınları ilə görüş verilməsini tələb edirik».

Dekabrın 22-də 14 saylı CÇM-də bəzi məhbusların etiraz aksiyası keçirməsi haqda məlumat yayılmışdı.

Bildirlirdi ki, etiraza səbəb 31 yaşlı məhbus Elşad Babayevin karserdə işgəncə ilə öldürülməsidir. Etiraz edən məhbusların bəziləri karsera salınıb, bir qismi isə “tubzon” kimi tanınan vərəm dipanserinə köçürülüb. Bu dispanseri məhbuslar öz aralarında “işgəncə müəssisəsi” adlandırır. Elə, məhbusların yaxınları da hesab edir ki, onları bura köçürməkdə məqsəd işgəncə verməkdir. Yaxınları dispanserə köçürülən dustaqların sağ-salamat olmalarına əmin olmaq üçün onlarla görüşmək istəsələr də hələlik buna icazə verilmir. Məhbus yaxınları görüşə icazə almaq üçün aksiya keçirməyə qərar veriblər.

Ədliyyə Nazirliyi Penitensiar Xidmətindən dekabrın 22-də CÇM-də insident baş verdiyini təsdiqləsələr də, buna səbəb kimi ölüm hadisəsini yox, bəzi məhbusların daxili intizam qaydalarını kobudcasına pozmasını göstərmişdilər.

Daha sonra Penitensiar Xidməti Elşad Babayevin ölümünün prokurorluqda araşdırıldığı haqda məlumat yayaraq işgəncə faktını təkzib edirdi.

XS
SM
MD
LG