Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 14:14

«Azadlıq» qəzeti yerləşdiyi binadan çıxarıla bilər


«Azadlıq» qəzetinin redaksiyası
«Azadlıq» qəzetinin redaksiyası
Müxalifətə yaxın olan «Azadlıq» qəzeti yerləşdiyi binadan çıxarılmaq təhlükəsiylə üzləşib. Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi redaksiyanın yerləşdiyi Xaqani küçəsindəki binanın boşaldılaraq bu quruma verilməsi barədə 1 Saylı İqtisad Məhkəməsində iddia qaldırıb. İddiaçı məhkəmədən binanın «Azadlıq» qəzetinin redaksiyasına verilməsi ilə bağlı Bakı Şəhər İcra Hakimiyyəti başçısının 1992-ci il tarixli sərəncamının ləğv edilməsini xahiş edir. İddia ərizəsinə görə, qəzet binadan dövlət büdcəsinə icarə haqqı ödəmədən istifadə edib. Bu barədə isə nəşrə 2006-cı ildə iki dəfə xəbərdarlıq edilib.

«Azadlıq» qəzetinin baş direktoru Azər Əhmədov isə deyir ki, binanın nəşrə verilməsiylə bağlı Bakı Şəhər İcra Hakimiyyətinin 1992-ci ildə verdiyi sərəncamda hansısa dövlət qurumuna icarə haqqı ödəmək nəzərdə tutulmayıb. Cənab Əhmədov bildirir ki, qəzetin komitəyə ünvanladığı cavab məktubunda da qeyd olunub ki, bina redaksiyaya əvəzsiz və müddət göstərilmədən verildiyindən icarə müqaviləsi bağlanmayıb. Bu isə 1992-ci ildə qüvvədə olan «Mülki Məcəllə»yə və 2000-ci ildə qüvvəyə minmiş yeni «Mülki Məcəllə»yə zidd deyil. Baş direktorun sözlərinə görə, qəzet Dövlət Komitəsinə yeni qanunvericiliyə uyğun olaraq, icarə müqaviləsi bağlamağı təklif edib. Amma oktyabrın 17-də redaksiyaya daxil olan məktubdan məlum olub ki, Əmlak Komitəsi oktyabrın 13-də 1 Saylı İqtisad Məhkəməsinə müraciət edib: «İndi borc ödənilməsi məsələsi qaldırılmır, binadan çıxarılma tələb edilir».


Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Qulu Xəlilov isə deyir ki, bu il belə bir məhkəmə iddiası təkcə «Azadlıq» qəzetinə qarşı deyil, dövlət büdcəsinə icarə haqqını vaxtında ödəməyən və icarə müqaviləsi bağlamadan fəaliyyət göstərən 100-dən artıq icarəçiyə qarşı qaldırılıb. Onun sözlərinə görə, bir neçə dəfə xəbərdarlıq edilməsinə baxmayaraq, «Azadlıq» qəzeti 1997-ci ildən bəri icarə haqqını ödəməyib. Cənab Xəlilov bildirir ki, nəşrin indiyə qədərki börcu 30 min yeni manata çatıb. Öna görə də komitə sonda qəzetin binadan çıxarılması ilə bağlı iddia qaldırıb. Q.Xəlilovun sözlərinə görə, qəzet borcunu ödəməsə, hazırda fəaliyyət göstərdiyi binadan çıxarılacaq. Amma borc ödənilərsə, vəziyyət dəyişə bilər.


«Azadlıq» qəzetinin baş direktoru Azər Əhmədov isə hesab edir ki, onlar bunu siyasi sifariş hesab etdiklərindən borc ödənilsə belə, problemin aradan qalxacağına inanmırlar. Binada həmçinin «Bizim Yol» qəzeti, «Yeni Nəsil» poliqrafiya müəssisəsi, Azərbaycan Demokratiyanın İnkişafı Fondu, «KİV.az» internet qəzeti, «Turan» İnformasiya Agentliyi, Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutu və Xalq Cəbhəsi Partiyası da yerləşir.


AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG