Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 22:39

AirAsia təyyarəsinin qara qutularından biri tapılıb


AirAsia təyyarəsinin qalıqları

AirAsia təyyarəsinin qalıqları

İki həftə öncə Yava dənizində qəzaya uğramış AirAsia təyyarəsinin qara qutularından biri tapılıb.

Milli axtarış və xilasetmə agentliyinin rəhbəri Henry Bambang Soelistyo deyib ki, dalğıclar qutunu təyyarənin qanadı altında aşkarlayıb və yanvarın 12-də suyun səthinə çıxarıb.

Onun sözlərinə görə, digər qutunun, təyyarənin kabinində səs yazan qurğunun axtarışı davam edir.

Bu qutular dekabrın 28-də baş vermiş qəzanın səbəblərinin açıqlanmasına yardım edə bilər. Təyyarədə 162 nəfər həlak olub.

Günün bütün mövzuları

XS
SM
MD
LG