Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 16:26

Berlində Ukrayna böhranına görə görüş keçiriləcək


Yanvarın 12-də Almaniya, Rusiya, Ukrayna və Fransanın xarici işlər nazirləri Ukrayna böhranına dair danışıqlar aparacaqlar. Bir neçə gün sonra isə Qazaxıstanın paytaxtı Astanada elə həmin ölkələrin liderlərinin görüşü gözlənir.

Almaniyanın kansleri Angela Merkel yanvarın 10-da Rusiya prezidenti Vladimir Putinə deyib ki, belə bir sammitin keçirilməsi üçün çox tezdir. Merkelin sözlərinə görə, bu görüş o halda uğurlu ola bilər ki, sentyabrda Minskdə əldə olunmuş, tez-tez pozulan sülh sazişi yerinə yetirilsin.

Fransa prezidenti Francois Hollande deyib ki, yalnız irəliləyiş şansı olacağı halda Astanaya gedəcək.

Apreldən bəri Ukraynanın şərqində hökumətyönlü qüvvələrlə rusiyapərəst separatçıların münaqişəsində 4.700-dən çox adam həlak olub.

XS
SM
MD
LG