Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 08:59

Xorvatiya ilk qadın prezidentini seçir


Xorvatiyada ilk dəfə olaraq qadın prezident seçilib. Mühafizəkar populist olan Kolinda Grabar-Kitarovic yanvarın 11-də keçirilən əlavə turda prezident Ivo Josipovic-i məğlub edib. O, 21 min səs üstünlüyü ilə qalib gəlib.

Xorvatiyada prezident postu formal sayılır. Ancaq təhlilçilər bu seçkini ilin sonunda keçiriləcək parlament seçkisi ərəfəsində bir barometr sayırlar.

Grabar-Kitarovic beş il prezident olacaq. Bu da onun sağ mərkəzçi Xorvatya Demokratik Birliyinin hakimiyyəti qazanmaq şanslarını artırır.

Xorvatiya 2013-cü ildə Avropa Birliyinə qoşulub, ancaq iqtisadiyyatı bu birlikdə ən zəif olaraq qalır. Ölkədə işsizlik 20 faizdir, bu ilə artım cəmi 0.5 faiz proqnozlaşdırılır. Grabar-Kitarovic keçmiş xarici işlər naziri və Vaşinqtonda səfir olub.

XS
SM
MD
LG