Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 18:36

Bu dünyada qadın olmaq günahdır


-


Günay Səma Şirvan

ŞEİRLƏR



Allahım!
Bu gün mənə
qəlbim atəşi insan
"Səni kimsə sevən gün
bil ki, səni sevmirəm."--dedi.
Yandım, elə yandım...
Dondum elə qaldım...
Buzlaşmış ovcumu əridən
burnumun isti qanı
sağ olduğumu xatırlatdı...

Allahım!
yalvarıram,
əgər varsansa,
külli-ixtiyarsansa--
Al bu ürəyi.
Daş göndər!
Gözlərimi
çaş göndər!
Yenidən yarat məni....
Ruhumu buza döndər.
məni qafil dünyaya
Həm lal, həm də kar göndər.
Anlamayım,
Qanmayım,
Duymayım...

....Artıq
nə Dağım Dağ,
Nə ahım ahdır,
Bu dünyada
Qadın olmaq günahdır.

***


Atamı itirdiyimdə
anamdan başqa
heç kimi,
heç kimi sevmərəm---dedim.

"O" gəldiyində
"atadan-anadan yar şirin olur"—
fikirləşdim.

Uşaqlarım doğulduğunda
"bala dadı, bal dadı"
Uşaqmış ən böyük sevginin adı—
düşündüm.

Tıq-tıq-tıq...
--Oğlum, qapınıaç,
Atan gəldi.



Qanadlı qəlbim...

“Güclü qadın”ın güclü qəlbi,
“Güclü qəlb”in qanadları var, dostum.
Dinləməmisənmi çırpıntılarını?

Qəlbinin qanadları ilə pərvazlanar…
Sevildiyini duyunca uçar qadın.
Qartaltək, zirvələr fəth edər,
tovuztək göz oxşayar,
tutitək dil-dil ötər...

Qanadı qırılmış qəlb
xoş bəxt olmasa belə
xoşbəxt görünməyi bacarar,
Təbəssümü əskik etməz üzündən,
canı yansa belə.
Bağışlayar
qəlbinə daş atanı da
daşı da…

Güclü qadınının qanadları var-- qəlbinin...

Bəxtəvər başına! --
Qanadlı qəlbim!



***


DAĞ CIĞIRLARI

Cığırlar yuxuma gəlir,
Cığırlar bağrımı dəlir.
Nə günə baxır, nə aya,
Necə sığır çarpayıya?

Dağların boynuna öz yarı kimi,
Qolunu dolayıb, dağ cığırları.
Yamacın qoynuna nigarı kimi,
Qısılıb, uyuyub, dağ cığırları.

Bu dağ cığırları burum-burumdu,
Deyirsən, saçına oxşayır, bir az.
Yıxılıb dururam, tale yolumdu,
Sonunda durubdu, arzuyla muraz.

Bu dağ cığırları kəmərim olub,
Sehrlə açılır, sirlə bağlanır.
Bulud çətirimin gözləri dolub,
Su səpir dalımca—gizli ağlayır.

Cığırlar təpədən keçirir məni,
Gah bulud üstünə çıkib qaldırır.
Zirvədən seyr etdim dumanı, çəni,
Qaya, heyrətimin bağrını yarır.

Kimsə yol görəndə, mənim yuxuma,
Cığırlar girirlər—dağ cığırları.
Bəlkə ağız büzər desəm çoxuna...
Çəkinmə, a ruhum, qalx cığırları!

***


Nərd, Babam və Xərçəng

Nərd oynamağı öyrənirdim babamdan...

“çahar”ı “şeş”lə,
“du”nu “pənc”lə,
“sə”ni “yek”lə çaş-baş salıb,
barmaq-barmaqsaya-saya...
Xanalara daşlar düzüb yaya-yaya...

Nərd oynamağı öyrənirdim babamdan...
Uduzanda --
incik-incik barmağımla nərdtaxtaya vurardım:
“Yox, baba, sən zər tutursan.”
(Rəhmətlik Faxrət dayıdan eşitmişdim bu frazanı)
Qəmlənərdi babam...
Təbəssümü dodağında donardı.
Bəlkə də həsrət ilə yaşıdlar ınanardı.
o gün oyun “atəşkəs”lə sonlanardı...

Sonuncu oyunda “apardım” babamı.
Ağayana gülümsündü,
əlimi sıxıb.
“Həyatda qələbə qazanmağın sirləri” dərsini
öyrədib,
bitirmiş sensey kimi...

Zaman ötdü ilğım təki...

Bir güneşitdim ki,
Xərçəng babamı “udub”.
(babam xərçənglə də nərd oynayırmış.)
amma itirməyib özünü kişi.
Ağayana gülümsəyib,
əlini sıxıb
xərçəngin.
Utandığından qızarıb Xərçəng.
İncitməyib babamı.

Ələ-ələ verib uçublar bu dünyadan
uca qayadan atılan Egey kimi.

XS
SM
MD
LG