Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 05:30

Avropa daxili işlər nazirlərinin Paris müşavirəsi keçirilib


Avropa İttifaqı daxili işlər nazirlərinin və ABŞ nümayəndələrinin iştirakı ilə Parisdə keçirilən müşavirədə Qərbin hüquq-mühafizə orqanlarının işinin daha güclü koordinasiyası barədə qərar qəbul edilib.

Nazirlər həmçinin internetdə radikalizmlə birgə mübarizə barədə razılığa gəliblər.

Fransanın daxili işlər naziri deyib ki, internet insanların azad şəkildə fikir söylədikləri məkan olaraq qalmalıdır, lakin internetdən gənclərin zorakılığa sədəfərbər edilməsi, antisemit çağırışların və nifrətin yayılması üçün istifadə olunmasının qarşına sipər çəkilməlidir.

Görüşdə həmçinin hava nəqliyyatının təhlükəsizliyi məsələsi müzakirə olunub.

Əldə olunmuş razılaşmaya əsasən Avropa İttifaqı və ABŞ nəqliyyatı cihadçı basqınlardan qorumaq tədbirləri görəcəklər.

Bu müşavirədə habelə, təyyarə sərnişinlərinin informasiya bankının yaradılması barədə razılığa gəlinib.

Beləliklə, bütün Avropa boyunca “uçuş qadağanı” olanların vahid siyahısı yaradılacaq.

Bu siyahıdan həmçnin Qərb ölkələrindən olan yeni səfərbərlərin İraq və Suriyadakı cihada qoşulmalarının qarşısının alınması üçün istifadə olunacaq.

Bu müşavirədə Birləşmiş Ştatları baş prokuror Eric Holder təmsil edib.

O müşavirə iştirakçılarını fevralın 28-də Barack Obamanın çağırdığı təhlükəsizlik görüşündə iştiraka dəvət edib.

Avropa nazirlərinin belə bir iclası artıq bu həftə Brüsseldə keçiriləcək.

XS
SM
MD
LG