Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 07:52

Dünya kinosunun ulduzu vəfat etdi


Anita Ekberg
Anita Ekberg

-

Dünya kinosunun ulduzu, İsveç aktrisası Anita Ekberg 84 yaşında vəfat edib.

İtalyan rejissoru Federico Fellininin "Şirin həyat" filmindən sonra məşhurlaşan Ekberg Romada dünyasını dəyişib.

1931-ci ildə dünyaya gələn Ekberg 1951-ci ildə "İsveç gözəli" yarışmasının qalibi olmuş, bundan sonra Hollywood-u fəth etmək üçün ABŞ-a yollanmışdı.

Orada bir neçə filmə çəkilmiş, "Hollivud, ya da ölüm" filmindəki roluna görə "Qızıl qlobus" mükafatına layiq görülmüşdü. 1956-cı ildə isə King Vidor-un məşhur "Hərb və sülh" filmində çəkilmişdi.

Ona əsl dünya şöhrətini isə Vittorio De Sica, Dino Risi, F.Fellini kimi kinorejissorlarla işbirliyi gətirmişdi.

1960-cı ildə "Şirin həyat"da Marcello Mastroianni ilə birlikdə çəkilməsi, orada şıltaq kinoulduz rolunu oynaması Ekberg-in həyatında dönüş nöqtəsi olmuşdu.

O, Marilyn Monroe, Claudia Cardinale kimi dövrünün seks-simvoluna çevrilmişdi.

1998-ci ildə son filminə çəkilib karyerasını bitirsə də, 2002-ci ildə populyar italyan teleseriallarının birində rol almağa razı olmuşdu.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG