Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 10:53

Məzahir Pənahov seçkilərə kölgə salmaq cəhdlərini hiss edir


"Sovetski"dəki məktəbdə seçki "karusel"i
Gözlə

No media source currently available

0:00 0:02:56 0:00

"Sovetski"dəki məktəbdə seçki "karusel"i

“Kimsə müraciətində götürüb ümumi şəkildə nəsə yazırsa, belə müraciətlərə məhəl qoymağa ehtiyac yoxdur, şikayətlər konkret faktlara əsaslanmalıdır”. APA-nın məlumatına görə, bunu yanvarın 11-də Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov söyləyib. MSK-nın iclasında çıxış edən M.Pənahov müəyyən yerlərdə bələdiyyə seçkilərinə kölgə salmaq hallarını hiss etdiyini deyib.

Xəbərdə bu cəhdlərin hansı formada baş verdiyi bildirilmir, lakin qeyd edilir ki, MSK sədri Seçki komissiyalarının üzvlərinin, müşahidəçilərin, seçicilərin səsvermə prosesində məsuliyyətli olmasını zəruri sayıb.

MSK 2014-cü il dekabrın 23-də keçirilmiş bələdiyyə seçkiləri ilə əlaqədar daxil olmuş müraciətlərə baxıb, İmişli, Astara, Zaqatala, Şəmkir Şamaxı, Qazax və digər rayonların ərazisində yerləşən müxtəlif seçki məntəqələrində pozuntular haqda şikayətləri əsassız sayıb.

Yanvarın 11-də bələdiyyə seçkilərinin yekunlarının yoxlanılması və təsdiqi üçün MSK-ya ayrılmış vaxt başa çatır.

Bələdiyyə seçkilərin gedişini işıqlandıran AzadlıqRadiosunun reportaj, video və müsahibələri ilə burada tanış ol

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG