Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 01:22

Binədə polislər məhbus yaxınlarına vasitəçilik etdilər


Binə. 11 yanvar 2015 Ədliyyə nazirliyinin dispanseri qarşısında etiraz aksiyası.

Binə. 11 yanvar 2015 Ədliyyə nazirliyinin dispanseri qarşısında etiraz aksiyası.

-
Məhbus yaxınları 2-ci gündür ki, aksiya keçirərək məhbuslara qarşı amansız davranışlara etiraz etdiklərini bildirirlər. Yanvarın 10-da Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Binə qəsəbəsində yerləşən vərəm dispansei və Bakıda prezident aparatı qarşısında etiraz edən məhbus yaxınları, yanvarın 11-də yenidən “tubzona” kimi tanınan vərəm dispanserinin qarşısına toplaşıblar.

Etiraz edənlərdən biri Anar Quliyev AzadliqRadiosuna deyir ki, dünənki aksiya sakit keçsə də bu gün tələbləri eşitmək istəməyən dispanser rəhbərliyi əraziyə polis çağırıb.

“Polislər tökülüşüb gəldi və dedilər ki, müəssisədən DİN-in 102 xidmətinə zəng edib, deyiblər ki, guya müəssisənin qarşına vəhhabilər toplaşıb, təxribat törətmək istəyirlər. Polislər gördü ki, biz vəhabi deyilik və sivil şəkildə aksiya keçiririk"

Anar Quliyev deyir ki, polislərin rəisi müəssisə rəhbərliyə ilə danışandan sonra vəziyyət dəyişdi.

"Müəssisə əməkdaşları bizə dedilər ki, bu gün yaxınlarımıza sovqat verək, sabah da görüşə icazə veriləcək" - deyə Anar Quliyev bildiri və əlavə edib ki, verilən vədin yerinə yetiriləcəyinə əmin deyil. Onun fikrincə, müəssisə rəhbərliyi onların dağılışmağı üçün də belə söz verə bilərdi və görüş verilmsə etirazları davam etdirəcəklər.

Dekabrın 22-də 14 saylı CÇM-də bəzi məhbusların etiraz aksiyası keçirməsi haqda məlumat yayılmışdı. Bildirlirdi ki, etiraza səbəb 31 yaşlı məhbus Elşad Babayevin karserdə işgəncə ilə öldürülməsidir. Etiraz edən məhbusların bəziləri karsera salınıb, bir qismi isə vərəm dipanserinə köçürülüb. Bu dispanseri məhbuslar öz aralarında “işgəncə müəssisəsi” adlandırır. Elə, məhbusların yaxınları da hesab edir ki, onları bura köçürməkdə məqsəd işgəncə verməkdir. Yaxınları dispanserə köçürülən dustaqların sağ-salamat olmalarına əmin olmaq üçün onlarla görüşmək istəsələr də buna icazə verilmir. Məhbus yaxınları görüşə icazə almaq üçün aksiya keçirməyə qərar veriblər.

Ədliyyə Nazirliyi Penitensiar Xidmətindən dekabrın 22-də CÇM-də insident baş verdiyini təsdiqləsələr də, buna səbəb kimi ölüm hadisəsini yox, bəzi məhbusların daxili intizam qaydalarını kobudcasına pozmasını göstərmişdilər.

Daha sonra Penitensiar Xidməti Elşad Babayevin ölümünün prokurorluqda araşdırıldığı haqda məlumat yayaraq işgəncə faktını təkzib edirdi.

Günün bütün mövzuları

XS
SM
MD
LG