Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 05:02

Almaniyada da peyğəmbərin karikaturasını çap etmiş qəzetə hücum oldu


Guardian
Guardian

-

Bazar gününə keçən gecə Almaniyada "Hamburger Morgenpost" qəzetinin redaksiyasına daş və yandırıcı maddə atılıb.

Bu qəzet Parisdə radikal islamçıların hücumuna məruz qalmış və əməkdaşlarının çoxu öldürülmüş "Charlie Hebdo" satirik jurnalından Məhəmməd peyğəmbərin karikaturalarını götürüb çap etmişdi.

Britaniyanın "Guardian" qəzeti xəbər verir ki, hücum nəticəsində redaksiyanın birinci mərtəbəsində yanğın baş versə də, qısa müddətdə söndürülüb.

Zərər çəkən olmayıb. Özünü şübhəli aparan iki nəfər saxlansa da, hələ ki onların insidentlə bağlılığı təsdiqlənməyib.

"Hamburger Morgenpost" 90 min tirajla çap edilir.

"Charlie Hebdo"ya hücumdan sonra Qərbin, o cümlədən Almaniyanın bir sıra mətbu orqanları fransız həmkarları ilə həmrəylik nümayişi və ekstremistlərin söz azadlığına basqısı önündə geri çəkilməmək jesti kimi karikaturalara öz səhifələrində yer ayırmışdılar.

"Hamburger Morgenpost" Parisdəki terror aktının səhərisi "Daha çox azadlığa imkan verilməlidir" sərlövhəsi ilə Məhəmməd peyğəmbərin 3 karikaturasını çap etmişdi.

Almaniyanın "Bild am Sonntag" isə qəzeti yazır ki, Parisdəki hadisə Avropada yeni terror dalğasının başlanğıcı ola bilər.

Qəzetin yazdığına görə, ABŞ kəşfiyyatının radikal islamçıların telefonlarını dinləməsi zamanıəldə edilən məlumatlar bunu ehtimal etməyə əsas verir.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG