Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 02:14

İran neft qiymətlərini “qaldırmaqda” Venesuelaya kömək etmək istəyir


Ayətullah Ali Khamenei.

Ayətullah Ali Khamenei.

İranın ali rəhbəri ayətullah Ali Khamenei Venesuela prezidentini qəbul edərkən bildirib ki, Tehran Karakasla birlikdə neft qiymətlərinin düşməsinin qarşısını almaq üçün əlaqəli əməkdaşlığa hazırdır.

İran rəhbəri neft qiymətlərinin düşməsini “ümumi düşmənlərin siyasi qəsdi” adlandırıb.

“Neft qiymətlərinin belə qısa müddətdə müəmmalı şəkildə sürətlə düşməsi siyasi qəsddir və neft bazarı ilə əlaqəli deyil, - deyib Khamenei, - Bizim ümumi düşmənlərimiz neft qiymətlərindən siyasi silah kimi istifadə edirlər”.

İRNA agentliyi xəbər verir ki, ayətullah Khamenei neft qiymətlərinin tənzimlənməsi sahəsində koordinasiyalı əməkdaşlıq barədə prezidentlər Rouhani və Maduro arasında imzalanmış sazişi təsdiq edib.

Neft ixracatına söykənən Venesuela iqtisadiyyatı hazırda ağır böhran keçirir.

Prezident Hassan Rouhani deyib ki, “OPEC-in qartalları olan Venesuela və İran neftin qiymətlərini cilovlamaq iqtidarındadırlar”.

Nicholas Maduro İrana OPEC ölkələrinə səfər çərçivəsində gəlib.

Günün bütün mövzuları

XS
SM
MD
LG