Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 22:50

İntiharçı uşağa bağlı bombanın partlayışı 16 nəfərin həyatına son qoydu


Nigeriyanın Mayduquri şəhərində 10 yaşlı qız uşağının bədəninə bağlı bombanın partlaması nəticəsində 16 nəfər həlak olub və 20 nəfər yaralanıb.

Reuters agentliyi xəbər verir ki, Mayduquri Boko Haram islamçı qruplaşmasının meydan suladığı Borno ştatının mərkəzi şəhəridir.

Şimal-şərqdəki Borno, Yobe və Adamava ştatlarında fəal olan Boko Haram Afrikanın ən böyük əhaliyə malik və neftlə zəngin ölkəsi Nigeriyada orta əsrlər sayağı xilafət elan edib.

BMT-nin təxmini hesablamalarına görə ötən il Nigeriyada baş vermiş zorakılıqlarda 10 mindən çox insan həlak olub.

Bu həftəsonu Yobe ştatının mərkəzi şəhəri Damaturuda Boko Haram tərəfindən evlər yandırılıb və sakinlər öldürülüb.

Nigeriya Müdafiə Nazirliyinin sözçüsü bildirib ki, şəhəri müdafiə edərkən hökumət qoşunlarının 5 əsgəri yaralanıb.

Sözçü deyib ki, ordu Boko Haramın nəzarətində olan şəhər və kəndləri azad etmək üçün hazırlıq tədbirləri görür.

Günün bütün mövzuları

XS
SM
MD
LG