Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 13:49

AXCP fəalı Elvin Abdullayev narkotik ittihamıyla həbs olunur


İllüstrasiya fotosu
İllüstrasiya fotosu

AXCP Gənclər Komitəsinin fəalı Elvin Abdullayev Bakıda həbs olunub.

Bu haqda AXCP Gənclər Komitəsi istinadən xəbər verən Ameikanın səsi yazır ki, Bakının Xətai rayon Məhkəməsi istintaq orqanlarının Elmin Abdullayeivn 4 aylıq təcrid olunması haqda vəsatətini təmin edib.

Bildirlir ki, Elvin Abdullayev 2 gün Nərimanov rayon təcridxanasında saxlanılıb və bir müddət onun həbsi haqda ümumiyyətlə heç bir məlumat verilməyib.
Vəkil Bəhruz Bayramov bildirib ki, Elvin Abdullayevə qarşı narkotik maddə cinayətlərini nəzərdə tutan ittihamlar irəli sürülüb, lakin onun fikrincə bu həbs qanunsuzdur.

AXCP Gənclər Komitəsi Elvin Abdullayevin saxlanmasını sosial şəbəkələrdə hakimiyyəti tənqid etməsi ilə əlaqələndirir. Komitə son vaxtlar 4 AXCP fəalının müxtəlif bəhanələrlə həbs olunduğunu, Azərbaycanda hakimiyyət tənqidçilərinin tez-tez məhz narkotik ittihamlarla üzləşdiyini xatırladır.

Elvin Abdullayevə irəli sürülən maddələrdə cəza kimi 5 ildən 12 ilədək azadlıqdan məhrum etmə və əmlak müsadirəsi nəzərdə tutur.

XS
SM
MD
LG