Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 02:40

Paris terrorunda şübhəli Türkiyədə gizlənə bilər


Yanvarın 9-da Fransa polisi Hayat Boumeddiene və Amedy Coulibaly-nin fotolarını yayaraq onların Montrouge-da qətl törətməkdə şübhəli kimi axtarıldıqlarını bildirdi. Coulibaly həmin gün polis əməliyyatında öldürüldü.
Yanvarın 9-da Fransa polisi Hayat Boumeddiene və Amedy Coulibaly-nin fotolarını yayaraq onların Montrouge-da qətl törətməkdə şübhəli kimi axtarıldıqlarını bildirdi. Coulibaly həmin gün polis əməliyyatında öldürüldü.

-

Paris terroruna görə axtarılan Hayat Boumeddiene bir müddətdir ki, Türkiyədədir. Bu haqda polisdəki mənbələrinə istinadən Frans-press xəbər verir.

Hayat Boumeddiene Fransadakı hadisələr zamanı adı şübhəlilər arasında ən çox hallandıran 4 nəfərdən biridir. Digər 3 nəfərin girov götürdükdən sonra polis tərəfindən öldürüldüyü halda, Hayat Boumeddiene-nin hadisələrə aidiyyatı hələ də qaranlıq olaraq qalır.

Terrorçulardan biri, Amedy Coulibaly-nin rəfiqəsi olduğu bildirilən Boumeddiene haqda yazırdılar ki, yanvarın 8-də Parisin cənubunda qadın polisinin qətlində iştirak edib. Yanvarın 9-da Parisdəki supermarketə hücum zamanı xəbər verilirdi ki, onlarla adamın girov götürülməsində Amedy Coulibaly ilə birlikdə o da iştirak edib. CNN hətta xəbər verdi ki, polis mağazaya hücum edəndə Boumeddiene aradan çıxa bilib. Bir sıra Qərb mediasına əsasən isə o, ümumiyyətlə əməliyyatda iştirak etməyib.

Fransanın beynəlxalq axtarışa verdiyi Boumeddiene hazırda Parisdəki terror dalğası ilə bağlı ən çox maraq doğuran şəxsə çevrilib və hər şeydən göründüyü kimi gizlənməyə üstünlük verir.

Xəbər verilir ki, hadisə baş verəndən sonra Boumeddiene qiyafəsini dəyişib maşınla rahatca Türkiyəyə qədər gedib çıxa bilərdi. Parisdən Türkiyəyə qədər Şengen vizasında daxil olan ölkələrin srəhəddində demək olar ki, pasport nəzarəti yoxdur.

XS
SM
MD
LG