Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 08:33

Maşın qeydiyyatında və texniki baxışda tələb olunan sənədin biri azaldı


İllüstrasiya fotosu
İllüstrasiya fotosu

Azərbaycan prezidentinin yeni fərmanına əsasən maşın sahiblərindən yol vergisinin ödənilməsini təsdiq edən sənəd tələb olunmayacaq. Fərmanda dövlət büdcəsinə daxilolmaların artırılması haqda da yazılıb

-
Azərbaycanda avtomobillərə texniki baxışın keçirilməsi üçün yol vergisinin ödənilməsi haqda arayışa ehtiyac olmayacaq. Bu dəyişiklik Azərbaycan prezidentinin yeni fərmanından doğur. Maşınların qeydiyyatı zamanı yol vergisi arayışının yoxlanması praktikası da dayandırılır.

Fərman dövlət büdcəsinə daxilolmaların artırılması üçün tədbirlərin görülməsi nəzərdə tutur. Vergilərin ödənilməsi haqda prezidentə hər 3 aydan 1 məlumat veriləcək. Bundan başqa, Nazirlər kabinetinin və mərkəzi icra orqanların normativ aktları 2 ay ərzində yeni qanun tələblərinə uyğunlaşdırmalıdırlar.

İlham Əliyevin imzaladığı fərman tam olaraq belə adlanır

“Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2014-cü il 30 dekabr tarixli 1167-IVQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikası Vergi Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun və bu Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Vergi Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 30 avqust tarixli 393 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG