Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 11:59

Dövlət Müstəqilliyi Günü dövlət səviyyəsində…


18 oktyabr «Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında» Konstitusiya Aktının qəbul edildiyi gündür

18 oktyabr «Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında» Konstitusiya Aktının qəbul edildiyi gündür

2004-cü ildə 18 oktyabr Dövlət Müstəqilliyi Günün rəsmi səviyyədə təntənəli şəkildə qeyd olunmamasına aydınlıq gətirən prezident İlham Əliyev demişdi ki, tarixdə baş verən hadisələrə ədalətli və qərəzsiz yanaşılmalıdır. Azərbaycanın ən böyük bayramı ilk dəfə respublikanın yarandığı gündür: «Azərbaycan Demokratik Respublikası 1990-cı illərin əvvəllərində, SSRİ dağılarkən deyil, 1918-ci il mayın 28-də yaradılıb. Mənim üçün əsas bayram 28 may günüdür».

Siyasi qütbün müxalifətə aid hissəsində hesab edirlər ki, əgər 28 may respublikanın yarandığı gün kimi önəmlidirsə, 18 oktyabr həmin respublikanın müstəqilliyinin bərpa edildiyi gün kimi tarixi əhəmiyyətə malikdir. Ona görə də bu günlərin ikisi də dövlət səviyyəsində təntənəli şəkildə qeyd olunmalıdır.


Müsavat Partiyasının başqanı İsa Qəmbərin fikrincə, ümumiyyətlə «Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında» Konstitusiya Aktının qəbul edildiyi günün necə qeyd olunmasının müzakirə edilməsi özü təəssüf doğuran haldır. Bu günün dövlət səviyyəsində qeyd olunmamasının səbəbinə gəlincə, İsa Qəmbər düşünür ki, hakimiyyətdə olanların əksəriyyəti istiqlal uğrunda mübarizədə iştirak etmədikləri üçün bu günü özlərinə yad hesab edirlər: «Zamanında istiqlal mübarizəmizə qarşı müqavimət göstəriblər. İndiki halda da bu günü özlərinə yad olan bir bayram kimi görürlər». İsa Qəmbərin fikrincə, prezident İlham Əliyevin oktyabrın 18-də ölkədə olmaması da bu günə soyuq münasibətdən irəli gəlir.


Ancaq hakimiyyətin 18 oktyabra soyuq münasibət bəsləməsi fikri ilə razılaşmayanlar da var. Hakim YAP təmsilçiləri bildirdilər ki, 18 oktyabr müstəqillik günü kimi bayramdır və Milli Məclis də onu istirahət günü kimi təsdiqləyib. Prezident Aparatının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov isə məsələyə belə aydınlıq gətirir: «Müstəqillik haqqında» Konstitusiya Aktının qəbul olunması bizim müstəqilliyə gedən yolumuzda mühüm mərhələdir. Ancaq, həmin aktın özündə də nəzərdə tutulmuşdu ki, Azərbaycanın dövlət müstəqilliyi 28 maydan-yəni cümhuriyyətin yarandığı gündən elan olunur. Ona görə də bizim dövlət bayramımız 28 maydır».


Məsələyə münasibət bildirən paytaxt sakinlərinin də məsələyə münasibəti fərqlidir. Kimisi hesab edir ki, 18 oktyabr ölkədə bayram kimi qeyd olunur. Kimisi isə bu günün yetərincə dəyərləndirilmədiyini bildirir.


Onu da vurğulayım ki, 18 oktyabrla bağlı başqa mübahisəli məsələ də var. Milli Məclisin bəzi deputatları hesab edir ki, bu hadisənin 15 illiyi münasibətilə 1991-ci ildə «Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında» Konstitusiya Aktının qəbul edilməsində iştirak edən şəxslər mükafatlandırılmalı, keçmiş deputatlar olaraq onların təqaüd məsələsi həll olunmalıdır. Bu təklif bir necə dəfə Milli Məclisdə səsləndirilsə də məsələyə hələ ki, baxılmır.


Günün bütün mövzuları

XS
SM
MD
LG