Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 04:59

2 milyon 577 manatlıq gömrük cinayətləri


İllüstrasiya fotosu
İllüstrasiya fotosu

-
2014-cü ildə ümumi dəyəri 2 milyon 577 min manatdan artıq olan gömrük cinayətləri aşkar edilib. Azərbaycan Gömrük komitəsinin rəsmi xəbərində açıqlanan bu rəqəmlər əsasən qaçaqmalıçılıq və digər gömrük cinayətlərində müəyyən edilmiş malların dəyərini əks etdirir.

Komitə ötən ildəki fəaliyyəti haqda aşağıdakı statistik rəqəmləri gətirir:

10811 hüquqpozama faktı aşkar edilib, onlardan 424-ü cinayət xarakteri daşıyıb.

472 nəfər cinayətdə şübhəli bilinib, onlardan 98- xarici, 375 nəfəri isə Azərbaycan vətəndaşıdır.

Narkotiklə bağlı 158 cinayət faktı aşkar edilib, bu faktlar üzrə 185 şübhəli şəxslə bağlı tədbirlər görülüb, 178 kiloqrama yaxın narkotik və psixotrop maddə müsadirə olunub.

Narkotik aşkar etmək üzrə xüsusi təlim görmüş 18 it hazırlanıb. Onlardan 4-ü Toqo və Monqolustan

Aşkar edilmiş 10387 gömrük qaydalarının pozulması faktları üzrə 287 hüquqi şəxs (şirkət və təşkilat), 10089 fiziki şəxs (vətəndaş) inzibati cəzaya cəlb olunub. Bunlardan 144-ü xarici hüquqi şəxs, 6218-i isə əcnəbi ölkə vətəndaşıdır.

Yazılan cərimələrin ümumi dəyəri 1 milyon 206 min 651 manatdır.

Təqribən 229 min manatlıq mal müsadirə olunub.

Sərhəddən qanun pozuntusu ilə keçirilən 514500 ABŞ dolları, 72100 avro, 630000 rus rublu, 730,6 qram qızıl, 130 ədəd qızıl zinət əşyaları, 62 kq 429 qram gümüş aşkar edilib.

127 ədəd bədii, tarixi, arxeoloji əhəmiyyət kəsb edən əşya, 1 910 000 ədəddən çox petarda və digər pirotexnika məhsulları, 38 ədəd elektroşoker, 12 ədəd odlu silah patronu, 2 ədəd ov silahı, 64 ədəd ov silahlarının sursat və ləvazimat­ları, 8 ədəd qaz silahı və 57 ədəd qaz silahı üçün patron, 27 ədəd pnevmatik silah və 2398 ədəd pnevmatik silah üçün sursat, 4 kq 600 qram civə, 772 ədəd soyuq silah, 979 ədəd televizor, 1643 ədəd məişət texnikası, 1054 ədəd mobil telefon və 2183 ədəd telefon aksesuarları, xeyli miqdarda dərman vasitə­ləri, baytarlıq və bitki dərmanları, 4 kq-dan çox qara kürü, 9470 ədəd parfümeriya və kosmetika ləvazimatları və digər mallar tutul­muşdur.

Aksiz markasız və ya digər qanunsuz yollarla ölkəyə gətirilməsinə cəhd göstərilən 12 076 476 ədəd xaricdə istehsal olunan siqaret, 1152 litr həcmində 5792 ədəd spirtli içki, 525000 ədəd digər ölkələrin aksiz markaları və 4 top saxta aksiz markaları saxlanılmışdır.

XS
SM
MD
LG