Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 15:22

Çeçenistanın başçısı Ramzan Kadyrov “Exo Moskvı” radiosunu hədələyib


 Ramzan Kadyrov.
Ramzan Kadyrov.

Çeçenistanın başçısı Ramzan Kadyrov “Exo Moskvı” radiosunun baş redaktoru Aleksey Venediktovu müsəlmanları təhqir etməkdə və millətlərarası nifrəti qızışdırmaqda ittiham edib.

Venediktov radio proqramlarından birində dinləyicilərə “Məhəmməd peyğəmbərin şəklini çəkmək olarmı?” sualı ilə müraciıət edib.

Kadyrov deyib ki, sualın belə qoyulması təxribat xarakteri daşıyır. O “Exo Moskvı” radiostansiyasını “antiislam ruporu” adlandırıb.

Radionun baş redaktoru tezliklə Kadyrovun cavabını verib. O deyib ki, Çeçenistan başçısının hədələrini çox real hesab edir və çox qısa zamanda hüquq-mühafizə orqanlarına müraciət edəcək. Aleksey Venediktov həmçinin Kadyrovun “Exo Moskvı” haqqında fikirlərini böhtan adlandırıb.

Bundan bir qədər əvvəl Ramzan Kadyrov Mixail Xodorkovskini “bütün müsəlmanların düşməni” adlandırmışdı.

XS
SM
MD
LG