Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 19:33

UKraynada qiyamçı separatçılar hücumlarını intensivləşdiriblər


Rusiya yönlü separatçılar Ukraynanın şərqindəki Luqanks və Donetsk regionlarında hücumlarını şiddətləndiriblər.

Ukrayna hərbiyyəsi xəbər verir ki, bu ərazidə son əməliyyatların əsnasında 4 əsgər və 2 mülki şəxs həlak olub.

Rəsmilər bildirirlər ki, separatçıların hücumlarının güclənməsi bu əraziyə Rusiya “humanitar karvanının” gəlişindən dərhal sonra baş verib. Rəsmi Kiyev Rusiyanı bu karvanlarda silah-sursat gətirməkdə ittiham edir.

Müşahidəçilər bildirirlər ki, vəziyyətin gərginləşməsi gələn həftəyə nəzərdə tutulmuş danışıqların ərəfəsində baş verir.

Gələn bazar ertəsi Fransa, Almaniya, Rusiya və Ukraynanın xarici işlər nazirləri böhrana həsr olunmuş görüş keçirməlidirlər.

Ukrayna prezidenti Petro Poroshenko bildirib ki, Rusiya prezidenti Vladimir Putinlə yanvarın 15-də Astanada görüşməyi planlaşdırır.

XS
SM
MD
LG