Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 09:04

Abu Hamza ABŞ-da ömürlük həbs cəzasına məhkum edildi


Imam Abu Hamza al-Masri.

Imam Abu Hamza al-Masri.

Radikal imam Abu Hamza al-Masri ona qarşı 8 ay əvvəl Nyu York şəhərində irəli sürülmüş federal terrorizm ittihamları ilə ömürlük həbs cəzasına məhkum edilib.

ABŞ nahiyə hakimi Katherine Forrest Manhattan məhkəməsində bir gözlü, bir qollu “nifrət vaizi” barədə ömürlük həbs cəzası hökmünü onun 1998-ci ildə Yəməndə Qərb turistlərini oğurlayan yaraqlılara telefon və peyk rabitəsi ilə göstərdiyi köməyə görə çıxarıb.

Müttəhim həmçinin yaraqlıların təlim düşərgəsinin yaradılması məqsədilə davamçılarını Oreqona göndərməkdə təqsirli bilinib. O həm də bir tərəfdarını Əfqanıstana ABŞ-a qarşı döyüşən əl-Qaedaya kömək məqsədilə ezam edib.

56 yaşlı Abu Hamza Londondakı Finsbury Park məsçidində nifrət qızışdıran moizələri ilə tanınırdı.

Abu Hamza təqsirini etiraf etməyib və həbsxananı onun əllilik xüsusiyyətlərinə hazır olmağa çağırıb.

Vəkilləri onun üçün daha qısamüddətli həbsxana cəzasının verilməsini istəyirdilər.

Onlar həmçinin bildirirdilər ki, ikiqat əlilliyi olan Abu Hamza həbsxanada yox, xüsusi müalicə müəssisəsində saxlanmalıdır.

Əsil adı Mustafa Kamel Mustafa olan müttəhim ona qarşı irəli sürülmüş ittihamların qondarma olduğunu deyib.

O həmçinin bildirib ki, qollarını 1980-ci illərdə Pakistanda mühəndis kimi çalışarkən itirib. Rəsmi versiyaya görə isə Abu Hamza Əfqanıstanda sovetlərə qarşı vuruşarkən əlil olub.

2012-ci ildə ABŞ-a ekstradisiya edilməzdən əvvəl Abu Hamza nifrət yaydığı üçün 8 il müddətinə Britaniya həbsxanasında saxlanıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG