Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 20:41

Əli Bayramlıya dəymiş ziyan bir həftəyə hesablanacaq


Ötən həftə təbii fəlakət nəticəsində Əli Bayramlı şəhərinə dəymiş ziyanı hesablayan Fövqəladə Hallar Komissiyası işini gələn həftə başa çatdıracaq. Şəhər İcra Hakimiyyətində ümumi şöbənin müdiri Şahid Əfəndiyevin sözlərinə görə, hələlik komissiya üzvləri ev-ev gəzərək dəyən ziyanı dəqiqləşdirir və eyni zamanda, təzminat ödəmək üçün siyahı hazırlayır: «Dəymiş ziyan hökmən ödənəcək. Bu hadisə ölkə başçısının nəzarətindədir».


Cənab Əfəndiyevin sözlərinə görə, şəhərdə ona yaxın ev uçub. 300-dən artıq şəxsi evə ziyan dəyib. Onların əksəriyyətinin damı uçub, divarı zədələnib, zirzəmilərini su basıb. Bəzi evlər isə su altında qaldığından tamam yararsız hala düşüb. Eyni zamanda, mənzillərə də ciddi zyian dəydiyi bildirilir. Binaların zirzəmilərinin suyu çəkiləndən sonra təmizləmə işləri aparılacaq, sıradan çıxmış kommunikasiya xətləri bərpa olunacaq.


Oktyabrın 11-də yağan güclü leysan və dağlardan gələn sel Əli Bayramlının küçələrini də yararsız hala salmışdı. Amma artıq şəhərin küçələrinin təmizləndiyi, dağıntıların bərpa olundığı deyilir.


XS
SM
MD
LG