Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 15:59

-
Yanvarın 9-da Nizami Rayon Məhkəməsində Xalid Bağırovun vəkillikdən uzaqlaşdırılması ilə bağlı Vəkillər Kollegiyasının şikayəti üzrə hazırlıq iclası keçirilib. Bu haqda AzadlıqRadiosuna Xalid Bağırovun özü məlumat verib:

«Vəkillikdən uzaqlaşdırılmam üçün kollegiyanın rəyasət heyəti məhkəməyə müraciət edib. Bu isə qanunsuzdur. Çünki, belə məsələlərdə məhkəməyə müraciət rəyasət heyəti yox, kollegiyanın öz adından olmalıdır. Hazırlıq iclasında bununla bağlı vəsatət təqdim etdim. Növbəti proseslərdə bu vəsatətə baxılacaq».

Növbəti məhkəmə prosesi yanvarın 21-nə təyin olunub.

Ötən ilin dekabrında Vəkillər Kollegiyası Xalid Bağırovun vəkillik fəaliyyətinə xitam verilməsi ilə bağlı məhkəməyə müraciət etmişdi.

Vəkillər Kollegiyası vəkil Xalid Bağırovun vəkillik fəaliyyətinə xitam verilməsinə dair məhkəməyə müraciət edib. Xalid Bağırov məhkəmə proseslərinin birində dövlət və dövlətçiliyə qarşı çıxış etməkdə ittiham olunur. Xalid Bağırov baş verənlərin onu susdurmaq məqsədi daşıdığını deyir.

Xalid Bağırov daha çox siyasi məhbusların vəkili kimi tanınır. Onun müdafiə etdiyi şəxslər sırasında Arif Yunus, İlqar Məmmədov, Yadigar Sadıqlı, bəzi NİDA-çı gənclərin də adı var.

Günün bütün mövzuları

XS
SM
MD
LG