Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 10:29

Fransa polisi şübhəliləri mühasirəyə alıb


Foto arxiv
Foto arxiv

Fransa polisi ölkənin şimal-şərqində Şarli Ebdu jurnalının redaksiyasına hücumda şübhəli bilinən 2 nəfəri mühasirəyə alıb.

Onların əlində 1 girov olduğu bildirilir.

Rəsmilər sənayə müəssisəsində gizlənən və Cherif və Said Kouachi qardaşları olduğu güman edilən həmin şəxslərlə telefon əlaqəsi yaradıldığını deyir.

Polislər qonşuluqdakı məktəbdən 900 nəfərin təhlükəsiz köçürülməsinə çalışır.

Yanvarın 7-də Parisdə satirik Şarli Ebdu jurnalının redaksiyasına edilmiş silahlı hücumda 12 nəfər ölüb.

Bu hücumu Cherif və Said Kouachi qardaşlarının törətdiyi ehtimal olunur.

Əslən Əlcəzairdən olan qardaşlar Parisdə doğulublar.

XS
SM
MD
LG