Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 02:01

Fransa polisi 2 şübhəlinin izinə düşüb


Foto arxiv
Foto arxiv

Fransa polisi ölkənin şimal-şərqində Şarli Ebdu jurnalının redaksiyasına hücumda şübhəli bilinən 2 nəfərin izinə düşüb.

Onların getdiyi maşında girovlar olduğu ehtimal edilir.

Prokurorluq yanvarın 9-da girovlar götürülməzdən əvvəl baş verən atışmada 1 nəfərin ölməsi barədə məlumatları təkzib edib.

Bəzi məlumatlarda bir neçə nəfərin yaralandığı bildirilir.

Polis Şarl de Qol hava limanının yerləşdiyi rayonu nəzarətə götürüb.

Agentliklərin məlumatına görə, yaraqlıların əlində azı 1 girov var.

Yanvarın 7-də Parisdə satirik Şarli Ebdu jurnalının redaksiyasına edilmiş silahlı hücumda 12 nəfər ölüb.

Bu hücumu Cherif və Said Kouachi qardaşlarının törətdiyi ehtimal olunur.

Əslən Əlcəzairdən olan qardaşlar Parisdə doğulublar.

Cherif 2008-ci ildə terrorçuluq ittihamı ilə məhkum olunub.

XS
SM
MD
LG