Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 18:36

Fransada terror hücumlarının xronologiyası

Fransada satirik jurnala silahlı basqın edən terrorçuların intensiv axtarışından sonra 2 yerdə növbəti qanlı qarşıdurma baş verdi. Girov götürən terrorçular öldürüldülər

Yanvarın 7-də Fransada satirik jurnala silahlı basqın edən terrorçuların 12 nəfəri qətlə yetirəndən sonra aradan çıxdılar. Hadisədən 2 gün sonra təhlükəsizlik qüvvələri Parisin şimal-şərqində və mərkəzdən cənubi-şərqə dinc insanları girov götürən şübhəliləri alıb. Danışıqlar nəticəsiz qalandan sonra hər 2 yerdə hücuma kecən polis 3 şübhəli şəxsi öldürüdü. Atışma zamanı 4 girov götürülmüş şəxs də həlak olub.

Yanvarın 11-də Parisdə keçirilən "Birlik yürüşündə" yüz minlərlə adam iştirak edib. Yürüşdə Fransa, Böyük Britaniya, İtaliya, Almaniya, Türkiyə, Ukrayna və digər ölkələrin dövlət və hökumət başcıları iştirak edib.

AzadlıqRadiosu Fransadakı dramatik hadisələri izləyərək canlı bloqu daim son xəbərlərlə yeniləyib. Hadisələrin gedişini xronoloji ardıcıllıqla yerləşdirilən postlardan izləmək olar, ən yeni xəbərlər bloqun əvvəlində yerləşdirilir. Mətndən aşağıda göy rəngli "davamı" düyməsini basmaqla bloqu vərəqləmək, əvvəlki postlarla da tanış olmaq mümkündür

22:36 9.1.2015

Fransanın Monpelye şəhərində zərgər dükanına hücum olub. Hadisənin qarət yoxsa Paris terrorçuları ilə əlaqəsi olduğu bilinmir.

22:16 9.1.2015

Parisdə girov dramı: yəhudi dükanında əməliyyat

Parisdə girov dramı: yəhudi dükanında əməliyyat
Gözlə

No media source currently available

0:00 0:00:44 0:00

Yanvarın 9-da Fransa paytaxtında terrorçuları zərərsizləşdirən təhlküəsizlik qüvvələri hücuma keçdi. Terrorçunun və 2 girovun öldüyü bildirir. Reuters

22:14 9.1.2015

2 sinxron antiterror əməliyyatı 2 günlük qanlı insidentə son qoyur

Damartin en Goele-də girov dramı belə başa çatır
Gözlə

No media source currently available

0:00 0:00:52 0:00

Fransada Cherif və Said Kouachi qadaşlarının götürdükləri girov azad edilib.

Polisin keçirdiyi əməliyyat zamanı onların hər ikisi öldürülüb.

Eyni vaxta Parisin şərqində də antiterror əməliyyatı keçirilib. Burada yəhudi mağazasında girov saxlanan 5 nəfər də azad edilib. Onları girov götürən terrorçu güllələnib. Əməliyyat zamanı girovlar arasında da itki olduğu bildirlir.

Kouachi qardaşları yanvarın 7-də Parisdə 12 nəfərin ölümü ilə nəticələnən hücumda şübhəli bilinirlər.

20:12 9.1.2015

Çarlı Ebdu jurnalının redaskiyasına basqında şübhəli bilinən 2 nəfərin mühasirəyə alındığı ərazidə atışma və partlayış səsləri eşidilib.

Davamı

XS
SM
MD
LG